Gəlin və qayınana toyda atəş açdılar – Video

Dağıstanda keçirilən toy mərasimində silah səsləri eşidilib. Bu dəfə silahdan kişilər deyil, qadınlar atəş açıblar.

Turkustan.info xəbər verir ki, internetdə yayımlanan videoda gəlin və qayınananın ənənəyə əsasən, silahdan atəş açmaları əks olunub. Onların peşəkarcasına atəş açması diqqət çəkib.

Mərasim zamanı bəyə silah verilməyib. Bununla qadınlar evdə kimin əsl sahib olacağını göstəriblər.

/Oxu.az/