Milli Oftalmologiya Mərkəzində “Low Vision” bölməsinin təqdimatı olacaq

18 sentyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsinin təqdimatı  reallaşacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsi fəaliyyətə başlayıb. Bu xidmət ölkədə ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılıb. Bəzən göz  xəstəlikləri müalicə olunsa da  nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir. Xəstələr oxumaqda, tv izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Belə hallarda əksər  xəstələr bu görmə ilə qane  olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürdürürlər. Belə xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunmuş, yüksək elmi potensiala malik Zəif görənlər bölməsi (LOW VİSİON) fəaliyyətdədir. Zəif görənlər (Low Vision) bölməsində hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilir və təyin edilir. Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsindən və Low Vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası  mütamadi olaraq  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bununla yanaşı 2017-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Daima yeniliklərə addım atan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Low Vision bölməsi fəaliyyət göstərir .

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Zəif görənlər (Low Vision) bölməsi.  18 sentyabr 2018-ci il, saat 11:00

Əlaqə:  0514338116 Günel Mürsəlli – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin media ilə əlaqələndiricisi  

email: [email protected]