Efirdə dava – Prodüser yazıçını vurdu (ŞOK VİDEO)

ARB TV-nin “Düz bazar” verilişində gərgin anlar yaşanıb.

Turkustan.info xəbər verir ki, proqrama qonaq olan prodüser Anar Mədətov yazar Qan Turalı ilə mübahisə edib. Lakin mübahisə əndazəni aşıb və prodüser ayağa qalxara efirdə yazarın üstünə hücum çəkib. Onlar arasında gərginliş ara versə də, yenidən qızışıb.

Bu dəfə ayağa qalxan A.Mədətov Q.Turalının çiynindən vurub.

Daha sonra verilişin işçilərindən biri aranı sakitləşdirmək üçün müdaxilə etmək məcburiyyətində qalıb.

Mübahisəyə gəldikdə isə, Anar Mədətov şou-biznesdə yaşanan qalmaqaldan danışarkən, yazıçı onunla razılaşmayıb. Nəticədə xoşagəlməz mənzərə ortaya çıxıb.  

/minval.info/