SON XƏBƏR

İsmayıllıda sakinlə naməlum manyak əlbəyaxa oldu – VİDEO

İsmayıllırayonunda həyətlərə və evlərə manyakın girməsi və sakinləri qorxutması haqda xəbərlər səngimir. Dünən bir nəfər isə xəstəxanaya gedərək naməlum şəxsin ona xəsarət yetirdiyini deyib. O, iddia edib ki, ona hücum edən də məhz həmin manyak olub.

Turkustan.info bildirir ki, İsmayıllı sakinləri hələ də evlərə girən naməlum insanlardan danışır.

Ötən gün isə İsmayıllı şəhər sakini 40 yaşlı Aftandil GözəlovRayon Mərkəzi Xəstəxanasına gələrək bildirib ki, axşam saatlarında evə gedərkən evinin yaxınlığında naməlum şəxs tərəfindən saxlanılaraq yaxınlıqda yerləşən çay kənarına zorla aparılıb və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilməklə döyülüb. Polis araşdırmasından sonra onun sərxoş olduğu və özünün özünə xəsarət yetirdiyi üzə çıxıb.

Saxlanılan Aftandil Gözəlov sərxoş olduğunu nə etdiyini xatırlamadığını bildirib.

Məlum olub ki,Aftandil yerdən tapdığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq özünə xəsarət yetirib.

Rayon polis şöbəsindən verilən məlumata görə DİN-nin “102” zəng mərkəzi sisteminəmüxtəlif vətəndaşlar tərəfindən naməlum şəxs və ya şəxslər tərəfindən həyətyanı sahələrə,yaşayış evlərinə və binalarına daş atılması, narahatçılıq yaratmaqla sakin­lərin dincliyinin pozulması məzmununda məlumatlar daxil olub. Araşdırma zamanı məlumatlar həqiqəti əks etdirmədiyindən bir neçə rayon sakini barəsində tədbirlər görülüb.

paylaş