Yoxa çıxan qitənin izləri tapıldı

İngilis alimləri yoxa çıxan qitənin izlərini aşkar ediblər.

Turkustan.info Phys.org saytında yer alan məlumata istinadən xəbər verir ki, araşdırma zamanı Britaniya adalarının iki deyil, üç mikro qitənin birləşməsi nəticəsində yarandığı məlum olub.

Bu vaxtadək adaların iki mikro qitənin birləşməsi nəticəsində əmələ gəldiyi iddia edilsə də, yeni araşdırma bunun səhv olduğunu aşkara çıxarıb.

Məlum olub ki, Britaniya adalarının yaranmasında daha bir mikro qitə – Armorika da iştirak edib.  /Modern.az /