Gün: Sentyabr 17, 2018

İsrail və Türkiyə məxfi şəkildə barışır – Bakıda görüş?

İsrail və Türkiyə münasibətlərinin normallaşdırılması üçün qapalı danışıqlar aparırlar. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə İsrailin “Yediot axronot” qəzeti çıxış edib. Məlumata görə, tərəflər arasında heç bir dramatik hadisə baş verməyəcəyi təqdirdə İsraildə payızda baş tutacaq bayramlardan sonra iki dövlətin səfirləri öz iş yerlərinə qayıdacaqlar. Qəzetin belə iddiasına […]

100 yaşında cavan ölənlər, 70 yaşında ana olanlar — Hunza türklərinin həyat sirri

Müsəlman olan Hunza türkləri 110-120 il ömür sürürlər. 65 yaşında dünyasını dəyişənlərə, cavan öldü deyirlər. Onların qadınları 65-70 yaşda belə ana olurlar. Turkustan.info Ölkə.Az-a istinadən Hunza Türklərinin həyat sirrlərini təqdim edir. Hunza türkləri Çin və Əfqanıstan sərhəddində, Kəşmirin yaxınlığında yaşayırlar. Alimlərin araşdırmalarına görə, onlar Sibirdən Orta Asiyaya köç edən türk tayfalarındandırlar. […]

Bakıda fantastik qiymətə mülklər satılır – VİDEO

Bakıda fantastik qiymətə mülklər satılır. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, mülklərin qiyməti nə az, nə çox, düz 20 milyon manatadır. Geniş həyəti və şəhər mərkəzinə yaxın yerdə olan dəbdəbəli mülklərin qiyməti təxminən 3 milyon manatdan başlayır. Əmlak üzrə ekspert Ramin Osmanlının sözlərinə görə, təmtəraqlı mülklərə olan maraq son […]

Qəribə plaş hazırlandı – Gözə görünmür

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər gözəgörünməz plaşın sirrinin işıqla manipulyasiyalardan ibarət olduğunu aydınlaşdırıblar. Belə ki, plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun da səbəbi odur ki, insanın gözləri elektromaqnit spektrinin bütün tezliklərini görə bilmir. […]

Bakının nəqliyyat sistemində VACİB YENİLİK – Təzə kameralar nəyi çəkəcək?

Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb. Turkustan.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə […]

Paşinyan Kremldə: İki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər

Hesab edirdilər ki, N.Paşinyanın Moskvaya səfərində ciddi məsələlər üzrə hansısa razılıq əldə olunacaq. Erməni KİV-ləri danışıqlardan sonra məhz bu müstəvidə məlumatlar yaymağa başlayıblar. N.Paşinyanın özü də iki məsələni – Ermənistanın daxili işlərinə qarışmamağı və Dağlıq Qarabağ münaqişəsində təxribatlara yol verməməyi müzakirə etdiyini bəyan edib. Guya hər iki məsələdə V.Putinlə eyni […]

Azay Quliyev Twitterdən Paşinyana: “Küçə ritorikasından kənara çıxmayan son bəyanatı…”

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatlarına sərt münasibət bildirib. Turkustan.infonun xəbərinə görə Azay Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başlaması ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi və rəğbətlə […]

Ərdoğanla Putin arasında tarixi razılaşma əldə edildi

Soçidə keçirilən zirvə görüşündə razılıq əldə olunub. Tarixi zirvədə İdlibin silahlardan təmizlənməsi barədə qərar verilib. Görüşdən sonra Putin və Ərdoğan mətbuat konfransı keçirib. Putin bildirib ki, Rusiya İdlibdə təhlükəsizlik bölgəsini quran ölkələrdən biridir: “Bizim narahatlığımız İdlibdə savaşanların Hələb və Rusiya hərbi bazalarına təhlükəsinin olmasıdır. 15 oktyabrda silahlılar 15-20 kilometrə qədər […]

ADAU-da akademik Cəlal Əliyevin adını daşıyan auditoriyanın açılışı olub

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq tədbirlər həyata keçirilir. Növbəti tədbir görkəmli alimin adını daşıyan auditoriyanın açılışına həsr olunub. Auditoriyanın […]

Yerli icra hakimiyyəti orqanları yalnız bu halda tikintiyə icazə verəcəklər – SƏRƏNCAM

Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, fərmanla müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin […]

Türkiyəli qonaqlar Dövlət Komitəsində olub

Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İşüzrə Dövlət Komitəsində olub.  Görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və  perspektivlər müzakirə olunub. Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq,  2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, […]

Hüseyn Cavid carçısı – Qəlbi Turan olan Azər Turan

Ədəbiyyat bir millətdəki əhval-ruhiyyənin ifadəsidir. Hüseyn Cavid   Yer üzünə milyardla insan gəlib-gedib və dünyanın  bu insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Həyatın mənası yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Ömür var ki,  günü əsrə […]

Bakıdakı paradın pərdəarxası: Əliyev və Ərdoğan yeni Qarabağ taktikasını İŞƏ SALDI

Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən parad, Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq mesajı və Rəcəb Tayyip Ərdoğanın “Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir” sözləri İrəvanda narahatlıq yaradıb. Ermənistanda hesab edirlər ki, Bakı və Ankara Dağlıq Qarabağla bağlı […]

Bakıda orta məktəbdə faciə – MÜƏLLİM ÖLDÜ

Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin müəllimi ilk dərs günü vəfat edib. Turkustan.info xəbər veriur ki, məktəbin direktoru Sevinc Budaqova azvision.az-a bildirib ki, ingilis dili müəllimi Nairə Məmməd qızı Məmmədova bu gün səhər saatlarında ömrünün 45-ci ilində dünyasını dəyişib. “Nairə xanım bu gün səhər saatlarında işə gələrkən yolda ürəyi […]

Putinlə Ərdoğanın görüşü keçirilir

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Putinin Soçi yaxınlığındakı “Boçarov ruçey” adlı iqamətgahında baş tutub. Əsas müzakirə mövzusunun Suriyanın İdlib vilayətində yaranmış vəziyyətin olacağı ehtimal olunur.  /Modern.az /

Ərdoğan Qətər əmirinin 500 milyonluq hədiyyəsindən danışdı

“Onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib”. Turkustan.info xəbər verir ki, R.T.Ərdoğan jurnalistlərə açıqlamasında yayılan xəbəri təsdiqləyib: “Həmin təyyarə bir müddət idi ki, satışa çıxarılmışdı. Bizim təyyarə ilə maraqlandığımızı öyrənən Qətər əmiri, onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib. Hazırda təyyarənin üzərində rəngləmə işləri gedir. İşlər tamamlanandan sonra o, uçuşa buraxılacaq”.  /BakuPost/

“Paşinyan bilsin ki, Heydər Əliyev döyüş qabiliyyətli hərbi hissələrin birinə hərbi xidmətə çağırılıb” – Prezidentin köməkçisi

Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Turkustan.info bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını […]

“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb

Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsi başa çatıb. SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, […]

Kənd təsərrüfatı naziri İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019-cu tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər. Universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin […]

Həbsdən çıxanlara yaşayış yeri veriləcək – Qərar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi təsdiqlənib. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə qərar nazirliyin Kollegiyasının iclasında qəbul edilib. Nizamnaməyə əsasən, Mərkəz penitensiar […]

Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏFƏRRÜAT

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub. Turkustan.info-nun əldə etdiyi məlumata görə, cinayət hadisəsi xəyanətə görə baş verib. Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını […]

Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov sosial media izləyiciləri arasında yarış keçirib. O, qalibə özünün idarə etdiyi “Ferrari” markalı avtomobili hədiyyə edəcəkdi. Turkustan.info xəbər verir ki, Hüseynin keçirdiyi müsabiqənin qalibi məlum olub. Vasiliy Romanik adlı şəxs müsabiqədə qalib gəlib. Bu barədə məlumatı bloqer sosial media hesabında paylaşıb. “Səni Moskvada gözləyirəm”, – […]

Azərbaycanlı müğənninin evlilik təklifini ələ saldılar – VİDEO

“Yeni ulduz” yarışması ilə tanınan müğənni Elnar Xəlilov şair Aysel Nəcəfli ilə nişanlanıb. Turkustan.info xəbər verir ki, Elnar Ayselə evlilik təklifi etdiyi videonu özünün “İnstagram” hesabında paylaşıb. “Sənin əlindən tutmadım. Aramızda saf sevgi oldu. Aramızda kirlədici hisslər olmadı. Sənə barmağım belə toxunmadı. Halalım olmadığın üçün bu gün də əlindən tutmuram. Qarşında diz çökməyəcəyəm. Üzüyü öz […]

Qızları soyundurub sinəsində şəkil çəkdi – Şəhərin mərkəzində biabırçılıq – VİDEO

Rusiyada videoblogerlərin tez-tez maraqlı addım atırlar. Onların arasında pul müqabilində qızlarla öpüşən, ayaqqabısını təmizlədən də olub. Videolarında xanımları aşağılayan blogerlər sırasına Aleksandr Doqonyaev də qatılıb. Turkustan.info xəbər verir ki, məşhur bloger qızlara yaxınlaşaraq pul müqabilində onları soyundurur və sinələrində boya ilə əl izini qoyur, rəsm çəkir.  Bu görüntülər videoya çəkilib və […]

Paşinyan Azərbaycanı Putinə şikayət etdi

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı Tavuş və Vayotdzor vilayətlərinin sərhədyanı kəndlərini atəşə tutmaqda ittiham edib. Turkustan.info Ermənistasn KİV-nə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan buna görə beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanladıqlarını deyib. “Bəli, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişik. İlk […]

İlahiyyat İnstitutunun açılışı oldu

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib. Turkustan.info-nun məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs […]

“Ermənistan 4-5 hərbi qulluqçusunu itirib, bunu ictimaiyyətdən gizlədir” – MN

“Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir”. Turkustan.info bildirir ki, bu barədə BakuPost-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi […]

Birinci kurs tələbələri Sumqayıtda faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar. Onların meyiti FHN-in […]

Bu sürücülər cəzalandırılacaq — XƏBƏRDARLIQ

Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud şəkildə pozan daşıyıcılar və sürücülər məsuliyyətə cəlb ediləcək. Turkustan.info xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Qeyd edilib ki, Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) […]

Türkiyənin ilk demokrat lideri Menderesin edamdan əvvəl dediyi son sözü nə olub? – FOTOLAR

57 il əvvəlin bu günü – sentyabrın 17-si Türkiyə demokratiyası tarixinə qara ləkə hesab olunur. Türkiyədə 1960-cı ilin 27 mayında hərbçilərin həyata keçirdiyi dövlət çevrilişindən bir müddət sonra – 1961-ci ilin 17 sentyabrında baş nazir Adnan Menderes edam olundu. Turkustan.info teleqraf.com-a istinadən xəbər verir ki, Adnan Menderes 1950-ci il seçkilərindən […]

Müəllim məktəbdən qovuldu – Bu geyiminə görə – FOTO

Rusiyanın Omsk vilayətində qadın müəllim məktəbdən qovulub. Turkustan.info xəbər verir ki, buna onun model agentliyi ilə əməkdaşlıq etməsi səbəb olub. Belə ki, Viktoriya Popova adlı müəllimə jurnal çəkilişi zamanı çimərlik geyimində fotokameralar önünə keçib. Onun bu addımı isə məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb və onun işinə son verilib.     […]

“Paşinyan yalan deyir, Azərbaycan ordusu heç bir itki verməyib”

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. Qeyd olunub ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu […]

İrəvana çətin sınaq: Köçəryan Paşinyana sürpriz hazırlayır?

2008-ci il 1 mart hadisələrinə görə sabiq prezident Robert Köçəryan və digər bir neçə şəxsin həbsi Ermənistanın baş naziri Nikol Paşinyan üçün başağrısına çevrilib. Bugünlərdə R.Köçəryan “Mediamaks” agentliyinə müsahibəsində həbsi ilə bağlı danışarkən baş nazir Paşinyanı açıq şəkildə təhdid edib. Belə ki, sabiq prezident “ona ilişdiyi üçün” Paşinyanın peşman olacağını […]

SON DƏQİQƏ: Azərbaycanda iki maskalı avtomatdan atəş açdı

Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib. Turkustan.info-nun xəbərinə görə, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər. Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib. Digər şəxs isə hadisə yerindən qaçıb. Araşdırma zamanı ev sahibinin […]

Türk tarixinin şahidi: 2,7 min illik möhür tapıldı

Harput Qalasının araşdırma aparan arxeoloqların rəhbəri professor İsmayıl Aytac müsahibəsində maraqlı məlumat verib. Turkustan.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, Urartu dövründə tikilən Harput qalasına daha sonra Roma, Sasani, Bizans, Abbasilər, Səlcuqlar və nəhayət Osmanlı İmperiyası sahiblənib. Bu qala bütün dövlətlərin mədəniyyətinə şahidlik edib. Professor deyib ki, qalada nadir mədəniyyət nümunələri tapılıb. […]

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov vəfat edib. Marlen Əsgərov qəfil dünyasını dəyişib. O, 2005-ci ilin oktyabr ayından «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti idi. Marlen Əsgərov 1936-cı il noyabr ayının 17-də anadan olub. İxisasca mühəndis-elektrikdir. Ailəlidir. 3 övladı var. (Missiya.az)

Bakıda həbsxanadan yeni çıxan şəxs DAHA BİR NƏFƏRİ ÖLDÜRDÜ

Bakıda qətl törədilib. Turkustan.info xəbər verir ki, Suraxanı rayon sakini, 1979-cu il təvəllüdlü Dostəli Abuzərov tanışı, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb. Daha əvvəl də qətl törətdiyi üçün məhkum edilmiş və yenicə həbsxanadan çıxan D.Abuzərov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Qeyd edək ki, 2006-cı ildə […]

Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı “Varşava Azərbaycanlılar Birliyi”, “Vrotslav Azərbaycan Cəmiyyəti” və Azərbaycan Respublikasının  Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.  Dövlət Komitəsindən Turkustan.info-ya verilən məlumata görə, sayt polyak və Azərbaycan dillərində yayımlanır və “AzPolNews” adlanır.  (www.azpolnews.pl) Xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi […]

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputatdan maraqlı TƏKLİF

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır. Bəs Azərbaycanda yaxın zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi? Nə üçün buna icazə verilmir? Turkustan.info bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Modern.az-a açıqlama […]

Ermənistandakı rus ordusuna həyəcan verildi

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının şəxsi heyətinə döyüş hazırlıq səviyyəsinin yoxlanılması üçün həyəcan siqnalı verilib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev danışıb. Həyəcan siqnalı barədə əmri Cənub Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Dvornikov verib. “Cənub Hərbi Dairəsi Qərargahının İnteqrasiya komissiyası […]

İnsan bədənində gələcəyi görən vəzi var – Şok tapıntı

Görə bilməyimizi təmin edən 2 gözümüz var. Lakin bunlarla yanaşı, insanın yalnız hiss edə biləcəyi şeyləri görən “üçüncü göz”ü də var. İnsanın iki gözü ilə “üçüncü göz”ü sanki bir anlığa birləşdikdə beyinin yatmış bir hissəsi fəaliyyətə başlayır. Turkustan.info xəbər verir ki, elmdə “epifiz” adlanan həmin hissə oval şəkildə, qırmızı-boz rəngdə, orta […]

Moskva hücum edərsə, NATO dərhal cavab verəcək

Rusiya kiberhücuma cəhd edəcəyi halda NATO nizamnaməsinin beşinci maddəsinə əsasən ona cavab verəcək. Turkustan.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq danışıb. “Bu, hücumun xarakterindən asılıdır. Əsas odur, biz qəti şəkildə bildirmişik ki, ehtiyac olacağı halda beşinci maddədən istifadə ediləcək. Üstəlik kibermüdafiə imkanlarımızı da genişləndiririk. NATO bu […]

Azərbaycan hərbi güc reytinqində 5 pillə irəliləyib

Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. bu göstərici “Globalfirepower” portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Gürcüstan yerini olduğu kimi saxlasa da, münaqişə vəziyyətində olduğumuz Ermənistan 9 […]

NATO-nun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb

NATO-nun İkinci daimi hərbi dəniz qrupunun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb. Turkustan.info xəbər verir ki, bunu ixtisaslaşmış Qərb dəniz resurslarının monitorinq məlumatlarına istinadən “İnterfax” yazıb. Bildirilir ki, indi Şərqi Aralıq dənizi ərazisində Kanada, Yunanıstan və Niderlandın hərbi dəniz qüvvələrinin gəmiləri keşik çəkir. Bundan əvvəl Suriya sahillərində Böyük Britaniya Kral donanmasının 10 […]

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.  ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi […]

Kəlbəcərin 48 min ha. torpaq sahəsini Ermənistana kim verdi – ARAŞDIRMA

1951-ci il Azərbaycan SSR Ali Sovetinin yay sessiyasında müzakirə edilən məsələlərdən biri də, Ermənistana yaylaq və qışlaq sahələri üçün torpaq sahələrinin verilməsi məsələsi də müzakirə edilirdi… Kəlbəcər rayonunun 28 min ha. biçənək-yaylaq və 20 min ha. əkənək-qışlaq olmaqla ümumi sahəsi 48 min ha. torpaq sahələrinin Ermənistana verilməsi barədə… Həmin sessiyada […]