Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov sosial media izləyiciləri arasında yarış keçirib.

O, qalibə özünün idarə etdiyi “Ferrari” markalı avtomobili hədiyyə edəcəkdi.

Turkustan.info xəbər verir ki, Hüseynin keçirdiyi müsabiqənin qalibi məlum olub.

Vasiliy Romanik adlı şəxs müsabiqədə qalib gəlib. Bu barədə məlumatı bloqer sosial media hesabında paylaşıb.

“Səni Moskvada gözləyirəm”, – deyə Hüseyn paylaşdığı videoda deyib.

O söyləyib ki, müsabiqədə 215 mindən çox adam iştirak edib.

Qeyd edək ki, Romanikin videosuna 197 mindən artıq baxış, üç mindən artıq isə rəy gəlib.

/oxu.az/