Gün: Sentyabr 18, 2018

Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin vurulmasının səbəbini açıqlayıb. Putin İsrail baş naziri Binyamin Netanyahu ilə telefon söhbəti zamanı hadisənin təhlükəli insidentlərin qarşısının alınmasına dair Rusiya-İsrail anlaşmalarına riayət olunmaması üzündən baş verdiyini bildirib. Rusiya prezidenti İsrail tərəfini gələcəkdə bu cür hallara yol verməməyə çağırıb. Qeyd edək ki, İl-20 Suriya […]

Görmə problemini aradan qaldıracaq 5 məhsul

1.  Sarımsaq Sarımsaq immun sistemini möhkəmləndirir və görmə qabiliyyətini yaxşılaşdırır. Həmçinin o kükürd və gözü qoruya biləcək antioksidantlarla zəngindir. 2. Bostan kələmi Bostan kələmində ispanaqda da olduğu kimi anti-karotin maddəsi toplanmışdır. Bu maddə sayəsində siqaret tüstüsü və digər hava çirkləndiricilərindən zərər çəkmiş göz xilas ola bilər. Xüsusən də, kələmin bu […]

Talış separatçısının acınacaqlı sonu: Onu “sevdiyi” Azərbaycana göndərəcəklər

Azərbaycan tərəfindən separatizmdə günahlandırılan “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə Moskvada saxlanılıb.  Azərbaycan tərəfindən separatizmdə günahlandırılan “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə polis tərəfindən saxlanılıb. O, hazırda Podmoskovye polis şöbəsində nəzarət altında saxlanılır. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a talış separatçının dostu, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun […]

Keçmiş polis arvadı ilə yazışan qonşusunu döyüb, lüt soyundurdu… – KÜRDƏMİRDƏ DƏHŞƏT

Bu gün Kürdəmir rayonunda qətl törədilib. Turkustan.info əldə etdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov odlu silahla qonşusu Elsevər Məmmədovu güllələyərək öldürüb. Keçmiş polis əməkdaşı olan M.Əhmədov qonşusun evinə gəlib. O, burada Elsevərin onun arvadı ilə münasibətinin olduğunu və buna görə biabır olduğunu deyərək, silahdan atəş açıb. […]

İsrailə BÖYÜK ZƏRBƏ: 21 ölkə… – Tarixdə görülməmiş HADİSƏ (FOTO)

“Eurovision 2019” mahnı müsabiqəsinin İsraildə keçiriləcəyi ciddi problemlər yaradıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, 62 illik yarışma tarixində ilk dəfə olaraq bir çox ölkə İsraili boykot edib. Məlum olub ki, müsabiqəyə qatılması gözlənilən 46 ölkənin yalnız yarısı iştirak üçün müraciət edib. Ötən həftə beynəlxalq reaksiyalar səbəbinə görə müsabiqənin Qüds […]

“Otursun yerində, yoxsa, axırı pis olar” – Azərbaycan Prezidenti

“Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini […]

Möhtəşəm paraddan sonra: Dünyaya mesaj, düşmənə göz dağı

Sentyabrın 15-də Bakıda Azərbaycan-Türkiyə hərbçilərinin birgə iştirakı ilə möhtəşəm parad keçirdi. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə […]

Azərbaycanda növbəti pensiya islahatı: GÖZLƏNİLİR?

Həssas əhali qrupuna göstərilən sosial qayğı hər zaman müzakirə mövzusu olub. Adətən, hökumətin bu istiqamətdə apardığı islahatlar narazılıqla qarşılanır. Azərbaycanın şimal qonşusunda da pensiya yaşı ilə bağlı aparılan islahatlar kəskin etirazlara səbəb olub. Belə ki, Rusiyanın 30 şəhərində pensiya yaşının artırılmasına görə etiraz nümayişləri keçirilib. İslahatlar əsasən, 2019-cu ildən pensiya […]

Paşinyan savaş istəyənlərin xoşuna gəlməyə çalışır – Mixaylov

Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir. Turkustan.info bildirir ki, bunu Trend və “Azərnyus”a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. Ekspert qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın tərkibinə qatılacağı barədə Moskvadakı açıqlamaları populist və əsassız fikirlərdir və müasir siyasi reallığa əsaslanmır: “Bundan başqa, fikrimcə, bu […]

Qadın sərnişinin gözü önündə seksual hərəkətlər edən sürücü haqqında qərar verildi – VİDEO

Bu ayın əvvəlində Bakıda taksi sürücüsünün əxlaqsızlığa yol verdiyi barədə məlumat dərc etdik. O, avtomobili idarə edən zaman cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər etmişdi. Sürücünün yanında əyləşən qadın sərnişin bunu mobil telefonu vasitəsilə lentə alaraq ictimailəşdirdi. Sözü gedən xəbər insanlar tərəfindən qəzəblə qarşılandı və onun qısa zamanda […]

Yunus Əmrə İnstitutu Xəzər Universitetində qurtuluş gününü qeyd etdi – FOTOLAR

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Turkustan.info xəbər verir ki, bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə saat 12:00-da başlayan tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və Azərbaycan elm adamları, həmçinin universitetin tələbələri iştirak edib. Tədbirdə prof.dr. Hamlet İsaxanlı, Dos.dr Cihan Özdemir və dr. […]

Liberman Ermənistana niyə getmədi? – Gürcü general səbəbləri açıqladı

Azərbaycan İsrailin ən iri silah idxalatçılarından biridir. İsrail və Azərbaycan artıq uzun illərdir ki, müdafiə sahəsində fəal əməkdaşlıq edirlər. Bu iki ölkə hərbi əməkdaşlığın yeni səviyyəsinə qədəm qoyurlar. Turkustan.info xəbər verir ki, bunu 2012-2016-cı illərdə Gürcüstan Kəşfiyyat Xidmətinin köməkçisi, 2003-2005-ci illərdə Gürcüstan hərbi hava qüvvələrinin komandanı, general Amiran Salukvadze Dağ Yəhudilərinin Beynəlxalq Fondu […]

DTX işə qarışdı – Məktəbdə dini yığıncaq keçirənin evində axtarış

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış […]

Balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq – “Ölümlə nəticələnə bilər”

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.  Turkustan.info bildirir ki, agentlikdən “Qafqazinfo”ya daxil  olan məlumatda bildirilir ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ […]

Ülkər Abdullayeva: “Əsas diqqəti ailələrin hazırkı vəziyyətinə yönəltməkdir” – Tədbir + FOTOLAR

“Azərbaycan tarixən güclü, bir çox dünya ölkələrinə nümunə ola biləcək ailə dəyərlərinə sahib olub. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib”. Turkustan.info xəbər verir ki, bu fikirləri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva “Klassik Azərbaycan ailə […]

Bakıda marketdən yağ oğurlayan oğlanı belə döydülər – VİDEO

Bakıda marketlərdən birindən oğurluq edən şəxs tutulub.  Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə hadisəni tərədən şəxsin tutularaq, döyüldüyünü əks etdirənn video yayılıb. Onun mağazadan yağ  oğurladığı bildirilir. Qeyd olunur ki, tutulan şəxdən oğurladığı yağı alıb və onu polisə təhvil veriblər. Bu videonu çəkən şəxs deyir ki, oğlan mağazadan yağ oğurlayıb. Küçənin […]

Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı

Abunəçilərinin rahatlığı üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. Şirkət sentyabrın 18-də Gəncədə yeni konsepsiyalı mağazasını abunəçilərin ixtiyarına verib. Turkustan.info xəbər verir ki, Heydər Əliyev prospekti, 149 ünvanında yerləşən yeni konsepsiyalı mağazanın açılışı ilə əlaqədar 18-27 sentyabr tarixində Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. […]

“Doğma torpağı harda müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda olacaq” – Əli Həsənovdan Paşinyana sərt cavab

Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir… Əli Həsənov  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, […]

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov YAZDI

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun işğal altındakı Qarabağa hərbi xidmətə göndərilməsindən yazıb. Turkustan.info Əli Həsənovun yazısını təqdim edir: – Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını […]

Azercell yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib – Bərdədə

Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır.  Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan Azercell-lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. Belə ki, avqustun 7-dən etibarən Bərdə şəhəri, İsmət […]

“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”

Ermənistan baş naziri Nikol Paşinyan özünü şərəfsiz, ləyaqətsiz kimi aparır. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov bildirib. “Bu gün Paşinyanın oğlunun harada xidmət etdiyi bilinmir. Paşinyan oğlu üzərindən reklam qurur. Yalan və populist çıxışlarla yerli insanları aldadır. Paşinyanın oğlunun adı cəbhə bölgəsində gedir. Özü isə Xankəndində olur. Onun […]

“İki gün əvvəl sinaqoqda çəkilib” – Nazirlərin fotosu ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşılıb. Şəklin ciddi müzakirələrə səbəb olması Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudi papağı qoyması ilə bağlıdır. Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla […]

Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olunub

17 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb. Saleh Bin Həməd Al Şərqi Səfir, investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək […]

Dahi bəstəkarın əsərləri musiqi məktəbinin şagirdlərinin ifasında

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib. Turkustan.info xəbər verir ki, məktəbin direktoru Əməkdar müəllim İkram Manafov tədbir iştirakçılarını Milli Musiqi günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Tədbirdə dahi bəstəkar, […]

“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində

“Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb. Şirkətlər Qrupunun əməkdaşları özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb […]

Sinxua agentliyinin rəhbərliyi Əli Həsənovla görüşüb – FOTOLAR

Azərbaycanda səfərdə olan Çinin Sinxua informasiya agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş aspektli məsələlər […]

Ərdoğan milyonlarla müsəlmanı BELƏ XİLAS ETDİ – Böyük vəhşətə günlər qalmış…

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü İdlibdə böyük toqquşmanın qarşısının alınması ilə nəticələndi. Turkustan.info xəbər verir ki, Ərdoğanla Putin İdlibin silahsızlaşdırılması üzərində razılaşıblar. – 15 oktyabrdan etibarın İdlibdə müxaliflərlə Əsəd gücləri arasında silahsız bölgə yaradılacaq. – Ağır silahlar İdlibdən çıxarılacaq. – Türk və rus əsgərləri bölgədə […]

Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra… – Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

Ağcabədi rayon sakinləri – 1991-ci il təvəllüdlü Məhəbbət Məmmədov, onun qardaşı, 1987-ci il təvəllüdlü Sahib Məmmədov və onların bacıları – 1985-ci il təvəllüdlü Məlahət Məmmədovanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Məlahət Məmmədova […]

Rusiya Müdafiə Nazirliyindən şok açıqlama: Təyyarəmizi Əsədin qüvvələri vurub

Rusiya Müdafiə Nazirliyi Suriyada radardan itən “İl-20” modelin 15 nəfərlik hərbi ekipaj daşıyan rus hərbi təyyarənin İsrailin hava hücumları səbəbilə Suriyaya aid “S-200” hava müdafiə sistemi tərəfindən vurulduğunu açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, içərisində 15 əsgər olan “İl-20” model rus hərbi təyyarənin Aralıq Dənizi üzərində […]

Anar Nəcəfliyə daha bir vəzifə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə daha bir vəzifə verilib. Turkustan.info xəbər verir ki, bu haqda Anar Nəcəfli özü sosial şəbəkədə məlumat yayıb. Həmin məlumatı olduğu kimi təqdim edirik: “Əziz dostlar, mənə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbriklərinizə görə hər birinizə təşəkkür edirəm. Qeyd edim ki, […]

KİV: Putin Koçaryan və Sarqsyanın yanına gedir

Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanla görüşmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.  “Putin mətbuat katibi Dmitri Peskov vasitəsilə Ermənistanın dəvətini qəbul etdiyini bildirib, səfərin tarixi hələlik məlum deyil”, – qəzetin materialında deyilir.  “Ancaq məlumdur ki, səfərin vaxtından asılı olmayaraq, Putin Koçaryan və […]

Hikmət Hacıyevə yüksək vəzifə verildi – YENİLƏNİB

Azərbaycan XİN-nin mətbuat xidmətinin sabiq rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatları təsdiqləyib. Turkustan.info bildirir ki, bu haqda Oxu.Az-a açıqlamasında H.Hacıyev vəzifəsinin icrasına yeni başladığını və bu barədə hələlik geniş danışmaq istəmədiyini bildirib. O, yeni vəzifəsi ilə bağlı ona təbrik ünvanlayanlara, […]

“Koka-Kola”dan ŞOK QƏRAR: İçkilərə marixuana qatılır

“Koka-Kola” şirkəti istehsal etdiyi qazlı içkilərə narkotik tərkibli marixuananın əlavə edilməsi ilə bağlı Kanada şirkəti “Aurora” ilə danışıqlara başlayıb. Bu barədə “Röyter” agentliyi məlumat yayıb. Bildirilir ki, “Koka Kola” şirkəti marixuananın trixidrokannabinol (TGK) tərkibinə deyil, qeyri-psixoaktiv əsası olan kannabidiolanın (CBD) istifadəsinə yönələcək. Qeyd edək ki, bu bəyanatdan sonra “Aurora” səhmləri […]

Rusiya gözlənilməz zərbə aldı, bölgə yenidən qarışır

Müdafiə Nazirliyi qeyd edib ki, “İl-20” təyyarəsi İsrailə məxsus 4 ədə “F-16” qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb  Rusiyanın Suriyanın Xmeymim əyalətində yerləşən hərbi bazasının komandanlığı sentyabrın 17-də Hava-Kosmik Qüvvələrinin “İl-20” təyyarəsi ilə əlaqəni itirib. Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat […]

Abid Şərifov: “Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm” – AÇIQLAMA

“79 yaşım var və artıq yaşlı adamam.  Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında  baş nazirin sabiq müavini Abid Şərifov deyib. Baş nazirin sabiq müavini  mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi  […]

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı – Qardaşı oğlu tutuldu

Rusiya Istintaq Komitəsi iş adamı Telman İsmayılovu müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilir. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, işlə bağlı “Praqa” restoranını keçmiş baş direktoru da həbs edilib. Sentybarın 17-də Avraam Russo polisə ərizə ilə müracoət edərək 2004-cü ildə Moskvanın mərkəzində oğurlanması barədə şikayət etmişdi. Müraciətin daxil olmasından saat […]

Yerə “ölüm şüası” yaxınlaşır

Alimlər Yer kürəsində dünyanın sonu ilə bağlı yeni ehtimallarını açıqlayıblar.  Turkustan.info xəbər verir ki, onların fikrincə, planetimizə sürətlə yaxınlaşan “ölüm şüası” bütün canlıları məhv edəcək.  “Vistanews” nəşri yazıb ki, Priston Universitetinin mütəxəssisləri Yer kürəsinə tərəf hərəkət edən enerji kütləsini müəyyən ediblər. Bu kütləni “ölüm şüası” adlandırıblar.  Astronomlar bu kütlənin təbiətini öyrənməyə […]

Azərbaycanda məktəbdə biabırçılıq – Direktorla müəllimlər saçyolduya çıxdılar + VİDEO

Sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə baş verdiyi iddia olunan görüntülər yayılıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlər olduğu iddia edilir. Elm-təhsil ocağı adına yaraşmayan görüntüləri sizə təqdim edirik:

Qarabağda vəziyyət necə olacaq?

Rusiya lideri Putinin səfəri kimin qalib gələcəyinə aydınlıq gətirə bilər. Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə Azərbaycan lideri İlham Əliyevi qəbul etdi. Bundan qısa müddət sonra isə onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Putin üçün İ.Əliyevlə görüşün məhsuldan olduğunu demək olar. Tərəflər ondan mütəlif sahələri əhatə edən sazişlər imzalandı. Ümumiyyətlə […]

Cəlilabadda insanları təşvişdə saxlayan şəxslərlə bağlı XÜSUSİ ƏMƏLİYYAT keçirilir

Son günlər Cəlilabad rayonunun kəndlərində baş verən və insanları təşviş içində saxlayan müəmmalı hadisələrlə bağlı xüsusi əməliyyat həyata keçirilir. Turkustan.info-nun əldə etdiyi mlumata görə, rayonun Alar və Günəşli kəndində ardıcıl olaraq evlərin naməlum şəxs və ya şəxslər tərəfindən talanması, bəzi hallarda insanların əmlaklarının gecə saatlrında dağıdılması ilə bağlı daxil olan […]

15 GÜNLÜK EVLİLİK: Kartof-soğan üstündə boşandılar

15 günlük evli olan cütlüyün ailəsi 1 kilo kartof-soğan üstündə bitdi. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Adət-ənənəyə görə cütlüklərin ailəsi bir-birinin evinə qonaq gedib. Qızın atası kiçik ticarətlə məşğul olduğuna görə, oğlan evinə gedərkən pay olaraq kartof, soğan, düyü və s. aparıb. Bu, oğlan evinin […]

Azərbaycanda tələbələrin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Sumqayıtda 2 gəncin dənizdə boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Turkustan.info-nun əldə etdiyi məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Hüseynov Fərid Ələddin oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Həşimzadə Hakim Hatəm oğlu və daha 2 nəfər bazar günü Bakıdan Sumqayıta gedib. Onlar Sumqayıtda dənizə çimməyə giriblər. […]

Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra […]

“Qarabağ münaqişəsinin həll olunması mümkün deyil” – Rusiyalı ekspert

“2016-cı ilin aprel müharibəsindən sonra atəşkəsin hələ də qorunub saxlanılmasının özü belə möcüzədir”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana nəzərdə tutulan səfərini, həmçinin Qarabağ münaqişəsinin həlli imkanlarını şərh edən təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib. Qriqori Trofimçukun fikrincə, 2014-cü ildə […]

“Lamborghini” qəza törətdi, azərbaycanlı bloqerin maşını zədələndi – VİDEO

Moskvada zəncirvari qəza baş verib.  Turkustan.info Ren.TV-yə istinadən verdiyi məlumata görə, dönmə əməliyyatı edən avtomobilə “Lamborghini” markalı maşın çırpılıb.  Sonra “Lamborghini” restoran yaxınlığında yerləşən digər avtomobillərə dəyib. Onların arasında “Bentley”, “Porsche”, “Maybach” və “Mercedes” markalı bahalı avtomobillər olub.  Qəza barədə sosial şəbəkələrdə azərbaycanlı bloqer Hüseyn Həsənov məlumat yayıb. Yeri gəlmişkən, restoran yaxınlığında olan H. Həsənova […]