Ərdoğan milyonlarla müsəlmanı BELƏ XİLAS ETDİ – Böyük vəhşətə günlər qalmış…

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü İdlibdə böyük toqquşmanın qarşısının alınması ilə nəticələndi.

Turkustan.info xəbər verir ki, Ərdoğanla Putin İdlibin silahsızlaşdırılması üzərində razılaşıblar.

– 15 oktyabrdan etibarın İdlibdə müxaliflərlə Əsəd gücləri arasında silahsız bölgə yaradılacaq.

– Ağır silahlar İdlibdən çıxarılacaq.

– Türk və rus əsgərləri bölgədə təhlükəsizliyi təmin edəcək.

– İdlibə hərbi müdaxilə olmayacaq.

Razılaşmanın əsas mənzərəsi belədir. Putinin açıqlamalarından məlum olur ki, bu təkliflə Türkiyə çıxış edib.

Rusiya bir ay öncəyə qədər “Suriya ordusundan başqa əlindən silah olan hər kəs hədəfdir” deyirdi. Lakin indi əldə olunan razılaşma Türkiyənin diplomatik mübarizənin qalibi olduğunu göstərir.

Türkiyəli yazar Mehmet Acer yazır ki, bu razılaşmaya nail olan Ərdoğan bundan sonra böyük qəhrəman olacaq.

“Birincisi, Ərdoğan təkcə müharibənin qarşısını almadı, həm də milyonlarla sivil insanın həyatını xilas etdi. İkincisi, Türkiyəyə gələcək yeni köç dalğasının qarşısını aldı. Üçüncüsü, Astana prosesinin ruhu qorundu və Qərb ittifaqlarının oyununu pozdu. Dördüncüsü, Türkiyə Suriya masasında daha güclü bir oyunçuya çevrildi. Beşincisi, İdlibə qurudan hücuma keçmək istəyən Əsədin planları baş tutmadı”, – deyə o bildirib.  /Publika.az/