Dahi bəstəkarın əsərləri musiqi məktəbinin şagirdlərinin ifasında

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, məktəbin direktoru Əməkdar müəllim İkram Manafov tədbir iştirakçılarını Milli Musiqi günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Tədbirdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açılıb.

Tədbirboyu ölməz sənətkarın musiqiləri səsləndirilib. Məktəbin xalq çalğı alətləri, xanəndəlik və vokal şöbəsinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri ifa edib, bəstəkarın “Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun” operalarından səhnəciklər təqdim olunub.