Abid Şərifov: “Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm” – AÇIQLAMA

“79 yaşım var və artıq yaşlı adamam.  Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.

Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında  baş nazirin sabiq müavini Abid Şərifov deyib.

Baş nazirin sabiq müavini  mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi  barədə yazılanlara etiraz edib:

“Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib:

“Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ dah mənlik deyil”.

A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib:

“Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında  çox açıqlamalar vermişəm. Daha bəsdir…”.