Azərbaycanda tələbələrin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Sumqayıtda 2 gəncin dənizdə boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Turkustan.info-nun əldə etdiyi məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Hüseynov Fərid Ələddin oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Həşimzadə Hakim Hatəm oğlu və daha 2 nəfər bazar günü Bakıdan Sumqayıta gedib. Onlar Sumqayıtda dənizə çimməyə giriblər. Bu zaman Fərid Hüseynovun ayağı boşluğa düşüb və o, boğulmağa başlayıb. Hakim Həşimzadə dərhal dostuna kömək etməyə çalışıb və o da suda batıb. Digər iki gənc isə sudan çıxaraq dostlarının batması barədə məlumat veriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.  /Publika.az/