KİV: Putin Koçaryan və Sarqsyanın yanına gedir

Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanla görüşmək niyyətindədir.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Jamanak” nəşri məlumat yayıb. 

“Putin mətbuat katibi Dmitri Peskov vasitəsilə Ermənistanın dəvətini qəbul etdiyini bildirib, səfərin tarixi hələlik məlum deyil”, – qəzetin materialında deyilir. 

“Ancaq məlumdur ki, səfərin vaxtından asılı olmayaraq, Putin Koçaryan və Sarqsyanla görüşmək niyyətindədir”, – nəşr bildirib.

Xatırladaq ki, iyulun sonunda Koçaryan 2008-ci il hadisələrində ittiham olunaraq, həbs olunub.  /oxu.az/