“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”

Ermənistan baş naziri Nikol Paşinyan özünü şərəfsiz, ləyaqətsiz kimi aparır.

Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov bildirib.

“Bu gün Paşinyanın oğlunun harada xidmət etdiyi bilinmir. Paşinyan oğlu üzərindən reklam qurur. Yalan və populist çıxışlarla yerli insanları aldadır. Paşinyanın oğlunun adı cəbhə bölgəsində gedir. Özü isə Xankəndində olur.

Onun ölkə rəhbərimiz, övladı haqqında danışmağa nə haqqı,nə savadı,nə də ağılı çatar. Bunların heç biri Paşinyan da yoxdur. Cənab prezidentin övladı xidmətə kişi kimi gedib və vətən qarşısında and içdi.

Bunun üzərində reklam qurmadı. Sadəcə andiçmə mərasimindən sonra ictimaiyyət xəbər tutdu”. E.Seyidov sosial şəbəkələrdə bəzi insanların buna başqa don geyindirmək istədiklərini qeyd etdi:

“Təəssüf edirəm ki,sosil şəbəkələrdə kimlərsə bunu başqa istiqamətə yönəltməyə çalışdılar. Ümumiyyətlə, nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil. Bunun cavabı belə ola bilər”.