Qarabağda vəziyyət necə olacaq?

Rusiya lideri Putinin səfəri kimin qalib gələcəyinə aydınlıq gətirə bilər.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə Azərbaycan lideri İlham Əliyevi qəbul etdi. Bundan qısa müddət sonra isə onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Putin üçün İ.Əliyevlə görüşün məhsuldan olduğunu demək olar. Tərəflər ondan mütəlif sahələri əhatə edən sazişlər imzalandı. Ümumiyyətlə Azərbayacan-Rusiya əlaqələri bu gün çiçəklənmə dövründədir.

Ermənistan haqqında isə bunu demək olmaz. Bu ölkədə hakimiyyəti Paşinyanın ələ keçirlməsindən sonra ikitərəfli əlaqələr dalana dirənib. Rusiya mətbuatının məlumatına görə, bunun üçün də erməni nazirin diplomatik fəaliyyəti, bəyanatları Kremli narahat edir və ən azı Ermənistan üçün 4 əsas tapşırığın həllini şübhə altına qoyur. Şərhçilər yazırlar ki, bu 4 məsələ aşağıdakılardır: ölkənin güzəştli şərtlərə müasir silahla təminatı, Rusiyanın lazım olan məqamda kömək və yardımı, Dağlıq Qarabağ münaqişəsi və keçmiş rəhbərlikdən sonrakı represiya.

Rəsmi Rusiya mənbələri Putin-Paşinyan görüşündən praktiki olaraq heç nə danışmayıblar. Rusiyalı ekspertlər düşünürlər ki, Paşinyanın dəqiqə başı dediyi kimi İrəvan Moskva əlaqələrini çətin ki, parlaq adlandırmaq olar. 

Azərbaycanla məsələ isə başqadır. Həm politoloq, həm də ölkə mətbuatı qeyd edir ki, bu gün iki ölkə arasındakı strateji əməkdaşlıq genişmiqyaslıdır. Ekspert dairələrində artıq bildirilər ki, Azərbayacan Cənubi Qafqazda Rusiyanın yeganə tərəfdaşıdır. Bununla yanaşı qeyd edilir ki, Moskava Qarabağ münaqişəsinə son qoymalıdır.

Amma münaqişənin həlli prosesində Ermənistanda hakimiyyət dəyişkənliyindən sonra güclü ləngimə var. “Eks prezident Serj Sarkisyan Paşinyandan daha ünsiyyətcil idi. Məhz onun dövründə yarımmərhələli sülh yolu ilə həllə ilk ümidlər peyda olmuşdu”, deyə rus mətbuatı yazır. Yeni erməni nazir artıq bildirib ki, ermənilərin işğal etdikləri 7 rayonun hamısı heç kim tərəfindən, o cümlədən Ermənistanın özünün belə tanmadığı separatçı Qarabağ rejiminin ərazisidir. ”Qoçaqlaşan” baş nazir hətta bildirib ki, onun ölkəsi Qarabağ ətrafındakı istənilən təxribata görə dağıdıcı zərbələr vurmağa hazırdır.

Eskpertlər hesab edirlər ki, Putinin İrəvana səfəri olarsa o Paşinyanı ram etməyə çalışacaq. Dövlət başçısı Ermənistanın inqilabçı hakimiyyətinin daxili işi adlandırdığı məsələyə müdaxilə etmək niyyəti olmasa Rusiya sərhədçilərinin qoruduğu, Rusiyanın iqtisadi kreditləri hesbaına yaşayana, çox aşağı qiymətlə təbii qazla təmin etdiyi İrəvana uçmaz.   

Bu dəfə Putin qərb fondlarının hesabına maliyyələşən Paşinyan hökuməti ilə görüşəcək. Söhbət asan olmayacaq. Amma bir şey aydınır  – əgər Putin Paşinyandan həm Qarabağ, həm də başqa məsələlərdə ciddi güzəştlərə nail olmasa Rusiya-Ermənistan əlaqələri dondurulacaq. Ən azı İrəvanda əməkdaşlıq üçün ancaq erməni and-amanının çox az olduğunu anlayana kimi…

Azərbaycana səfərə gəldikdə isə o sübut edir ki, Bakı regional təhlükəsizlik üçün Moskva üçün ciddi tərəfdaş olub. Rusiya bu gün Azərbaycana “stavka” edir. Bu isə Ermənistanı çox qıcıqlandırır.

Putin hər iki ölkəni hərbi təlimlər başa çatdıqdan sonra ziyarət edəcək. Azərbaycandakı təlimlərdə düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. 

Errməni ordusu isə müharibə elan ediləcəyi şəraitdə nə edə biləcəyini müəyyən edəcək.

Kimin qalib gələcəyini isə Putinin səfərindən sonra biləcəyik.    /istipress.com/