Rusiya Müdafiə Nazirliyindən şok açıqlama: Təyyarəmizi Əsədin qüvvələri vurub

Rusiya Müdafiə Nazirliyi Suriyada radardan itən “İl-20” modelin 15 nəfərlik hərbi ekipaj daşıyan rus hərbi təyyarənin İsrailin hava hücumları səbəbilə Suriyaya aid “S-200” hava müdafiə sistemi tərəfindən vurulduğunu açıqlayıb.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, içərisində 15 əsgər olan “İl-20” model rus hərbi təyyarənin Aralıq Dənizi üzərində radardan itdiyini bildirərək, “təyyarə İsrailə aid 4 F-16 təyyarənin Lazkiye hücumu zamanı itdiyi” açıqlamasını vermişdi.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Radarda itən təyyarəmiz Əsəd qüvvələri tərəfindən vurulub və buna İsrail səbəb olub: “İsrailin məsuliyyətsiz davranışı səbəbindən 15 əsgərimiz öldü. İsrailli pilotlar hərbi təyyarəmizi Suriya hava müdafiə sisteminin olduğu tərəfə itələyib. İsrail planlaşdırılan əməliyyatdan sadəcə 1 dəqiqə əvvəl bizi xəbərdar etdi. Ancaq bu müddət döyüş təyyarələrimizin təhlükəsiz sahəyə keçməsi üçün kifayət deyildi. 15 əsgərimiz İsrailin məsuliyyətsiz davranışları ucbatından öldü. İsrailin Rusiyadakı davranışları təxribata səbəb olur. İsrail ordusunun təyyarəmizi enişə hazırlaşarkən görməməsi mümkün deyil. İsrailin bu düşmənçilik hərəkətinə uyğun ölçülərdə qarşılıq vermə hüququna malikik”, – deyə nazirlik açıqlamasında bildirib.   /A24.az/