AST Telmanın qardaşı oğlu həbs edildi – Müğənni oğurluğu…

Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovun 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar verib.

Turkustan.info xəbər verir ki, Z.Mərdanov müğənni Avraam Russonu oğurlamaqda təqsirkar bilinib.

“Məhkəmə Zaur Mərdanovun 17 noyabr tarixinə qədər həbs edilməsi bağlı qərar verir”, – deyə hakim Yelena Lenskaya qərarı elan edib.  /Axar.az/