Belçikada Azərbaycanla bağlı təbliğat

Hər il olduğu kimi bu il də Ham səmalarında Azərbaycanın bayrağı dalğalanıb.

Hər il ənənəvi olaraq keçirilən Ham şəhər bayramında Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycan təmsil edib. Müxtəlif millətlərin adət-ənənə və mədəniyyətinin tanıdıldığı bayramda Azərbaycanın da adət-ənənə və mədəniyyəti xaricilərə təqdim edilib.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi Ham bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məmnunluğunu bildirib.

“Hər il proqrama dəvət edilirik. Artıq 7-ci dəfədir ki,ölkəmizi təbliğ edirik. İki stendlə qatılmışdıq. Ham şəhər bayramında Azərbaycan tarixi,adət-ənənə və mədəniyyəti haqqında, ölkəmizlə bağlı flamanca məlumatlar payladıq. Milli rəqslərimiz qonaqların diqqətini cəlb etdi. Göstərilən dəstəyə görə bələdiyyə sədrinə, heyət üzvlərinə, Uyum Məclisi-Integratieraad başqanı və bölgə sorumlusu Daisy Zaenen, Yasəmən Soysal,Məryəm Demircan və cəmiyyətin üzvlərinə öz təşəkkür edirəm ”.

Elnur Eltürk