Etimad İsmayılovun cənazəsi ailəsinə təhvil verildi – FOTO + VİDEO

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi yaxınlarına təhvil verilib.
Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ofisində güllələnən Etimad İsmayılovun cənazəsi bu gecə ekspertiza olunması üçün İstanbul Ədliyyə Tibb Təşkilatına aparılmışdı.
Ekspertizadan sonra onun meyiti yaxınlarına verilib. Artıq mərhumun cənazəsinin Bakıya gətirilməsi üçün hazırlıq işləri gedir.

/BakuPost/