Gün: Sentyabr 21, 2018

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bakıda silsilə tədbirlər keçirəcək

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Azərbaycan Prezidenti İlham Əliyevin  apardığı uğurlu daxili və xarici siyasəti mütamadi olaraq yaxından izləyir və bundan öz fəaliyyətində nəticələr çıxararaq plan tərib edir. Fond indiyə qədər bu istiqamətdə xeyli nailiyyətlər də əldə edib. Azərbaycan prezidentinin apardığı siyasətə uyğun olaraq, fond türk dilli xalqların görkəmli ictimai-siyasi […]

Kəlbəcərdən yeni görüntülər: Ermənilər səfil günündə – VIDEO

Erməni işğalında olan Kəlbəcər rayonunun Çərəktar kəndindən yeni görüntülər yayılıb. Turkustan.info xəbər verir ki, kənddə yaşayan ermənilər yaşayış şəraitindən, xüsusən də su və kanalizasiya problemlərindən şikayət edir. Sakinlərin əsas problemlərindən biri işsizlikdir. Kişilər iş axtarmaq üçün başqa yerlərə üz tutur. /Qaynarinfo.az/

Rusiya müharibəyə hazırlıq görür? – S-400-lər yarımadada

Rusiya 2014-cü ildən bəri üçüncü dəfə Krıma S-400 raket əleyhinə müdafiə sistemləri yerləşdirib. Turkustan.info xəbər verir ki, Rusiyanın Qara dəniz donanmasından verilən məlumatda S-400-lərin Yevpatoriya şəhərinə yerləşdirildiyi bildirilib. Qeyd edilir ki, Rusiya Avropa Birliyinin həmlələrinə qarşı yarımadanın müdafiə qabiliyyətini artırır.   /Axar.az/

Vaxtından əvvəl ölümə səbəb olan dörd xəstəlik

Yeni araşdırmalara görə, BMT ölkələrinin təxminən yarısı vaxtından əvvəl ölümə qarşı mübarizədə uğursuzluqla üzləşirlər. İnsanların bu tip ölümlərinə əsas səbəb müəyyən tip xəstəliklərdir. Belə ki, xərçəng, ürək-damar, ağ ciyər və diabet əsas başlıca xəstəliklərdir. Bu barədə Eurasia Diary “CNN”ə istinadla xəbər verir. Dayanıqlı İnkişaf Məqsədləri proqramı 2015-ci ildə BMT-nin 193 […]

Belarus Parlamentinin sədrindən Azay Quliyevin rəhbərlik etdiyi beynəlxalq Qrupa yüksək qiymət

Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib. Turkustan.info xəbər verir ki, ATƏT-in vitse-prezidenti Azay Quliyev tvitter hesabında Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkoya bu gün Milli Məclisdə etdiyi çıxışla əlaqədar təşəkkürünü bildirib. Məlumat üçün bildirik ki, Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə […]

Paşinyan ABŞ-ı ruslara satdı, Tramp qəzəbləndi – Vaşinqtondan İrəvana ŞOK

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən imtina edib. Turkustan.info xəbər verir ki, Trampın BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi liderlər siyahısına Paşinyanın adı salınmayıb. Məlumata görə, Tramp Assambleya çərçivəsində 6 ölkənin – Fransa, Böyük Britanitya, İsrail, Misir, Yaponiya və Cənubi Koreya liderləri ilə görüşəcək. Həmçinin, BMT baş katibi […]

Bakıda tutulan manyak: “Mini ətəkdə qadın görəndə qucaqlayıram” – VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb. Turkustan.İnfo-nun məlumatına görə, araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib […]

Rusiya Qarabağın həllində maraqlıdır, ancaq… – Kalaşnikov

Bu və ya digər münaqişələri həll etmək üçün ATƏT-in Minsk Qrupuna bənzər dünya güc mərkəzlərinin təmsil olunduğu qurumlar yaradılarkən məsələnin yoluna qoyulmasına dair indiyədək bircə nümunə belə görünməyib. Turkustan.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda […]

Xarici valyuta ilə götürülən kreditlərlə bağlı – QƏRAR

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı […]

Putin Əsədin telefonlarına cavab vermir – İsraildən iddia

Suriyada 15 rus əsgərini daşıyan təyyarənin vurulması olayından sonra Rusiya lideri Vladimir Putin Bəşər Əsədin telefonlarına cavab vermir. Turkustan.info xəbər verir ki, belə bir iddia ilə İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats çıxış edib.  Katz Rusiya tərəfinin açıqlamalarının əksinə olaraq Putinin olayla bağlı İsraili deyil, Əsədi günahkar bildiyini […]

Ərdoğan ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 23-27-də ABŞ-da səfərdə olacaq. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edəcək.  Türkiyə lideri Nyu-York səfəri çərçivəsində çoxlu sayda dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.   /Qafqazinfo/

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” – DEPUTATLAR

Bu gün – sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilib. Təntənəli iclasda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib. Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb. Turkustan.info bildirir ki, Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə Azərbaycan Xalq […]

Binəli Yıldırım Bakıda hədik payladı – VİDEO

Azərbaycan parlamentinin 100 illik yubiley tədbiri ilə əlaqədar Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Şəhidlər cameəsində cümə namazı qalıb.  Turkustan.info xəbər verir ki, Binəli Yıldırımı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müşayiət edib.  Binəli Yıldırım Aşura günü ilə əlaqədar bişirilən hədiyin paylanmasında da iştirak edib.

Nazirlik restoranlara qarşı hərəkətə keçdi

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına məhəl qoymayan restoranlar cərimələnib. Turkustan.info-nun məlumatına görə, nazirliyinin rəsmisi Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, paytaxtın inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab […]

Sevil Nuriyevadan Etimada təsirli vida mesajı: “Məni gözlə…” – (FOTO)

Tanınmış telejurnalist Sevil Nuriyeva həyat yoldaşı, iki gün əvvəl İstanbulda öz ofisində qətlə yetirilən iş adamı Etimad İsmayılovla bağlı İnstagram səhifəsində vida mesajı yazıb.  Turkustan.info xəbər verir ki, Sevil xanım yazdığı mesajında bu gün dəfn edilən həyat yoldaşına aşağıdakı vida sözlərini ünvanlayıb: – İgidim, qəhrəmanım.. Əbədi dünyada bəxtiyar ol, Canım… […]

ADAU-nun rektoru 1-ci kursa qəbul olan magistr tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü  İbrahim Cəfərov hər il olduğu kimi bu dərs ilinin ilk həftəsində də təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşüb. Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və […]

Qətər-Azərbaycan mədəniyyət əlaqələri

20 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri,Doha şəhərində Azərbaycan mədəniyyət günləri, eləcə də, əl işləri və rəsm sərgilərinin və muğam gecələrinin təşkili imkanları müzakirə […]

Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: Sən demə… – FOTO+VİDEO (18+)

Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub. Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov […]

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Hələlik həmin vəzifəyə kimin təyin ediləcəyi bilinmir Turkustan.info bildirir ki. Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinbin mətbuat xidmətindən məlumat verilib. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi […]

Tatar çölü Rusiya

Kazandan tarixi-infantil foto-reportaj İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı. Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin […]

Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü — FOTO

ABŞ Dəniz Qüvvələri komandiri “Con” ləqəbli komandır Nəimi Amiral Yaxın Şərqdəki xidmətlərinə görə, ABŞ Silahlı Qüvvələrinin “İnherent Resolve” medalı ilə təlfit edilib. Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Nəimi Amiral bu günə qədər Amerikada nüfuzlu medallara layiq görülüb. Medalı ABŞ Hava Qüvvələrinin zabiti polkovnik D. Buchanan […]

Qəbul imtahanlarında maksimum bal 400 olacaq – Format dəyişir

“Gələn il də ali məktəblərə qəbul üçün maksimal bal 700 bal olacaq”. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər: “Balları cəmləşdirəndə ali məktəbə qəbul […]

Emin Həsənli: “Azərbaycanın artan gücü Paşinyanı qorxuya salıb”

“İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Azərbaycana qarşı, dövlətimizin əleyhinə səsləndirdiyi sərsəm fikirlər əsasən daxili auditoriyaya hesablanıb. Məlumdur ki, onun hökumət başına gəlişi ilə Ermənistanda guya yeni mərhələnin, “inkişaf”ın başlandığı barədə ictimai rəy formalaşdırmağa səy göstərilib. Ancaq bu rəyin  əsassızlığı, gerçəklikdən uzaq olduğu tezliklə ortaya çıxdı. İndi özünü […]

Etimad İsmayılovun 3 mərasiminin vaxtı və yeri məlum oldu

Bu gün Nardaran qəbristanlığında Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu, iş adamı Etimad İsmayılovun dəfn mərasimi olub. Dəfndə ictimaiyyət nümayəndələri iştirak edib. Turkustan.info-nun xəbərinə görə mərhum Etimad İsmayılovun 3 mərasimi 23 sentyabr – bazar günü “Gənclik” metrosunun yaxınlığındakı “Tural” mərasim evində keçiriləcək. 

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçirilən bugünkü iclasda çıxış edib. Parlament sədri çıxışı zamanı Azərbaycan dilində danışıb. Turkustan.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan dilində çıxış edərək bildirib ki, “azadlığımız, gələcəyimiz, əminamanlığımız bir-birinə bağlıdı”. “Birlikdə ağlayar, birlikdə gülərik. […]

“Etimad imkan vermədi, onu qoruyacaqdım” – VİDEO

Sentyabrın 19-u İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov bu gün Nardaranda dəfn ediləcək. Qətldən 2 gün keçməsinə baxmayaraq, onun öldürülməsi ilə bağlı söz-söhbətlər səngimir. Etimad İsmayılovun sabiq baş prokuror İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olması məsələnin daha çox diqqət mərkəzində qalmasına səbəb olur. […]

Məscidlərdən bayrağımız asılmalıdırmı? – Günün mövzusu jurnalistləri üz-üzə qoydu

Məscidlərdə Azərbaycan bayrağının qaldırılması məsələsi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Turkustan.info xəbər verir ki, bir kəsim Aşura günlərində məscidlərdə qara bayraq qaldırılmasının əleyhinə olduğunu, onun yerinə Azərbaycan bayrağının qaldırılmasını təklif edib.  İTV-nin yayım Şurasının üzvü, jurnalist Azər Həsrət isə bu təklifə kəskin reaksiya verməsiylə diqqət çəkib. “Mənim dövlətimin bayrağının məsciddə, […]

Məktəbli Binəli Yıldırımı görüb ağladı – Bakı aeroportunda

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə gəlib. Turkustan.info xəbər verir ki, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasa qatılmaq üçün gələn Binəli Yıldırım hava limanına daxil olan zaman maraqlı anlar yaşayıb. Belə ki, B.Yıldırımı hava limanında görən, Məhəmməd Taha adlı məktəbli onun yanına gələrək ağlamağa […]

Rusiyanın daha bir döyüş təyyarəsi qəzaya düşdü

Rusiya Müdafiə Nazirliyi daha bir Rusiyaya məxsus (MiQ-31) döyüş təyyarəsinin dünən 15:30 radələrində planlaşdırılmış təlim məqsədli uçuş həyata keçirərkən Nijnıy Novqorod bölgəsində qəfildən yerə eniş etdiyini bildirib Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, təyyarə tam təhlükəsiz şəkildə eniş edib və ekipaj üzvlərinin həyati təhlükələri yoxdur. Təyyarə […]

Bakıda güclü yanğın başladı – VİDEO

Paytaxtın Xətai rayonunda güclü yanğın başlayıb. Turkustan.info-nun məlumatına görə, hadisə Nobel prospektində yerləşən çay evində qeydə alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.  Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. /oxu.az/

Tramp Qarabağdan danışdı

Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq. Turkustan.info-nun Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda deyilir. “Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq, bu da Ermənistan-ABŞ münasibətlərinə yeni imkanlar yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin […]

Qəbul imtahanlarda sualların formatı dəyişdiriləcək – Məleykə Abbaszadə

Gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, abituriyent bu balın 300-nü maksimal […]

Mehriban Əliyevaya səslənən ANA : “Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib”- MÜRACİƏT

Mən, Lerik rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Raifə Ağaxan qızı ailə qurduqdan sonra 14.06.2002 tarixində iki qızım, 2006-cı ildə bir oğlum dünyaya göz açıb. Dərin təəssüf və hüzün hissiylə bildirirəm ki, 2015-ci ildə qızım Səadəti ürək genişlənməsi xəstəliyindən itirdim. Digər qızım Sevinc isə eyni xəstəlikdən əziyyət çəksə də, müalicəyə […]

Heç kim Paşinyanı görmək belə istəmir

ABŞ-da erməni baş nazirin görüş istəklərinə bir-bir rədd cavabaı verilir Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub. Bu barədə “168 jam” qəzeti məlumat yayıb. Belə ki, Amerikanın rəhbərliyindən heç kim onunla görüşmək istəmir.  Ermənistanın baş naziri bunu ört-basdır etmək üçün deyib ki, sentyabrın 23-də şəhər […]

İlyas İsmayılovun oğlu üçün killer polkovnik – Üç güllənin üç sirri…

Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədrinin oğluna iki güllə vurduqdan sonra “kontrolnıy vıstrel”ə niyə ehtiyac olub? Tanıyanlar Dəmirovu “dəmir adam” kimi xarakterizə edir və… Sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas […]

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir – Prezident İlham Əliyev iclasda iştirak edir

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. Dövlətimizin başçısı iclasda nitq söyləyir.

Mərkəzi Bank yeni məzənnələri elan etdi

Bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb  Sentyabr ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0024 manata, rubl/manat məzənnəsi 0,0256 manata, türk lirəsi isə 0,2727 manata qalxıb. Sonuncu dəfə rəsmi olaraq 1 avro 2 manatdan yüksək qiymətə (2.0067 manat) […]

Bakıdakı dəhşətli hadisədə ölənlərin şəxsiyyəti müəyyənləşdi – ADLAR – YENİLƏNDİ – FOTO+VİDEO (18+)

Dünən axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli avtomobil qəzasında ölən 4 nəfərdən 3-nün şəxsiyyəti müəyyənləşib. Turkustan.info xəbər verir ki, 99 MH 441 dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində ölənlərin 1993-cü il təvəllüdlü Əzimov Anar Emin oğlu, 1989-cu il təvəllüdlü Bilalov […]

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa…”

“Bəzi nazirlər hesab edirlər ki, parlamentdə deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır” “Uzun illər ərzində yalnız bir dəfə mərhum prezident Heydər Əliyev Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarıb. Tək mən yox, millət vəkillərinin çoxu dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, yenidən bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasına çox böyük ehtiyac var”. […]

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Bu gün – sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək. Turkustan.info-nun Modern.az-a istinadən parlamentdən əldə etdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyevin də iştirakı gözlənilir. Yubiley mərasimi Milli Məclisin inzibati binasında, saat 12:00-da təşkil ediləcək. Ümumilikdə tədbirə 150 […]

Etimad İsmayılovun nəşi Bakıya gətirildi

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.  E. İsmayılovun nəşini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib. Cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs […]

Milyardlıq xərçəng dərmanları fındıq qabıqlarıyla tarixə qovuşur – Türkiyəli alimlərdən inqilabi kəşf

Türkiyədə alimlər xərçəng xəstəliyi ilə mübarizədə inqilabi yenilik ediblər. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, akademiklər 2 il ərzində laboratoriyada fındıq qabıqları üzərində araşdırma aparıblar. Təxminən 500 min ton fındıq qabığı üzərində aparılan tədqiqatlar zamanı onlar kimyaterapiya dərmanlarının aktiv tərkib hissəsini əldə ediblər. Məlumat üçün bildirək ki, sözügedən 3 dərmanın […]

Facebook messencerində problem yaranıb

Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:20-dən etibarən müşahidə olunub. Turkustan.info xəbər verir ki, istifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (51%). Eyni zamanda bəzi istifadəçilər mesaj göndərə bilmir (33%), digərləri isə öz səhifələrinə daxil ola bilmirlər (15%). Sosial şəbəkənin işində ən ciddi problemlər isə Polşa, Fransa, İtaliya, Çexiya, Macarıstan, […]