Rusiya Qarabağın həllində maraqlıdır, ancaq… – Kalaşnikov

Bu və ya digər münaqişələri həll etmək üçün ATƏT-in Minsk Qrupuna bənzər dünya güc mərkəzlərinin təmsil olunduğu qurumlar yaradılarkən məsələnin yoluna qoyulmasına dair indiyədək bircə nümunə belə görünməyib.

Turkustan.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında deyib.

Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı olsa da, ABŞ-ın mövqeyinə dair müəyyən şübhələr var: “Çünki ABŞ-ın İran və Türkiyə kimi region ölkələr ilə münasibətlərində gərginlik mövcuddur”.

L.Kalaşnikov Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin həll edə biləcəyinə əmin olduğunu vurğulayıb.  /Report/