Rusiyanın daha bir döyüş təyyarəsi qəzaya düşdü

Rusiya Müdafiə Nazirliyi daha bir Rusiyaya məxsus (MiQ-31) döyüş təyyarəsinin dünən 15:30 radələrində planlaşdırılmış təlim məqsədli uçuş həyata keçirərkən Nijnıy Novqorod bölgəsində qəfildən yerə eniş etdiyini bildirib

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, təyyarə tam təhlükəsiz şəkildə eniş edib və ekipaj üzvlərinin həyati təhlükələri yoxdur.

Təyyarə Nijnıy Novqorodda qalxdıqdan sonra bazadan 17 kilometr məsafədə meşəlik bir sahəyə düşüb. İlkin məlumatlara görə, təyyarənin düşmə səbəbi texniki bir qəzadır. Ancaq qəza səbəbinin dəqiq təyin olunması üçün nazirlik tərəfindən iş başlanılıb.

Təhlükəsizlik qüvvələri arasından “Sputnik” agentliyinə danışan bir mənbə, təyyarənin Kulebaki yaşayış məntəqəsi yaxınlığında düşdüyünü və düşəndən sonra partlayıb tamamilə yandığını deyib. İsaril? Türkiyə və Rusiyanın İdlibdə razılığa gəldiyi gün Rusiyaya məxsus təyyarənin Suriyada yerə salınması bölgədə təzyiqi yüksəltmiş, Rusiyanın hadisədən məsul tutduğu İsrailin Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı. Rusiya Müdafiə Naziri Sergey Şoyqu, İsrailli həmkarı Aviqdor Libermanla keçirdiyi telefon görüşündə İsraili daha əvvəl Suriyadakı Rusiya qüvvələri üçün təhlükə yaratma barədə xəbərdarlıq etdiklərini, cavab vermə hüququnu olduğunu qeyd edərkən İsrail təyyarənin endirilməsi ilə bağlı deyilənləri təkzib etmişdi. Bu gedişatın İsraillə Rusiya arasında ciddi geriləməyə səbəb olacağı bildirilərkən, bir neçə il əvvəl Suriyada gətirilən Rus təyyarələri hadisəsində də İsrail barmağı ola biləcəyinə diqqət çəkilir.   /A24.az/