Gün: Sentyabr 22, 2018

Əsla bu formada oturmayın: Ölə bilərsiniz

Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər. Turkustan.info-nun xəbərinə görə, insanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Bu adət bir çox insan arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə, bu […]

İki qızı öldürən manyak saxlanıldı – VİDEO

Rusiyada bir sutkada iki qızı öldürən qatil saxlanılıb.  Turkustan.info xəbər verir ki, manyakın qurbanları 20 yaşlı tələbə və 27 yaşlı ofis-menecer olub. Cinayət yerindən çəkilən görüntülər sosial şəbəkədə paylaşılıb. Burada qatilin cinayəti törətdikdən sonra qaçarak taksiyə əyləşdiyi görünür. Daha sonra cinayətin törədildiyi bıçaq da aşkarlanıb. Qatilin ələ keçməsi də çox […]

Rusiyada Azərbaycanla bağlı mühüm müzakirə olub

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.  Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində sentyabrın 22-də Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb. Turkustan.info bildirir ki, Mədəniyyət Nazirliyindən Sputnik […]

Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” və “Neftçi” komandaları arasındakı oyun zamanı insident baş verib. 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb. Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub. Baş məşqçilər […]

Qayınanasını öldürdü, həyat yoldaşını ağır yaralayıb – Saatlıda ailə faciəsi

Saatlı rayonunda qətl hadisəsi baş verib. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib. O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir. […]

Prezident MİLLƏT VƏKİLİ ilə bağlı SƏRƏNCAM imzaladı

İlham Əliyev millət vəkili Tahir Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev millət vəkili Tahir Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Turkustan.info Prezident saytına istinadla xəbər verir ki, Tahir Süleyman oğlu Süleymanov bu […]

Qarabağda erməni əsgər öldürüldü

İşğal olunmuş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbçi öldürülüb. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az “Sputnik-Armeniya”ya istinadla xəbər verir. Məlumata əsasən, sentyabrın 22-də yerli vaxtla saat 16:00 radələrində işğalçı erməni ordusunda xidmət edən 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç ölümcül güllə yarası alıb.

Nazilə Səfərli jurnalistə hədə-qorxu gəldi: “Elə vuraram ki, meyitin…” – VİDEO

ARB TV-nin yeni layihəsi olan “Show News”a açıqlama verən tanınmış şairə Nazilə Səfərli jurnalistə hədə-qorxu gəlib. Jurnalist İsa Şükürovla məhkəmə prosesinə münasibət bildirərkən Nazilə, onu bağışlamayacağını da bildirib: “O düz edib mənim adımdan yazı yazmaqla? Yaxşı, yazmısan, qarşı tərəfdən üzr istəyirsən, məni saymırsan? Mən sənin üçün burada nəyəm? Hədik qaravulçusuyam? […]

Elman Mehdiyevə vəzifə verildi

Maliyyə Naziri Samir Şərifov Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sabiq rəisi Namiq Xəlilovu müşavir vəzifəsindən azad edib. Turkustan.info Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Samir Şərifov bununla bağlı əmr imzalayıb. Nazirin digər əmri ilə Elman Mehdiyevi özünə müşavir təyin edib. Qeyd edək ki, E.Mehdiyev 2013-cü ildən 2016-cı ilə kimi Dövlət […]

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki paradda baş verən terror aktının məsul təşkilatı bəlli olub. Turkustan.info “Reusters” agentliyinə istinadən xəbər verir ki, 24 nəfərin ölümü və 60 nəfərin yaralandığı terror hadisəsinə görə məsuliyyəti İŞID öz boynuna götürüb. Bununla belə terror təşkilatının bu hadisəyə görə hər hansı bir dəlil gətirmədiyi də bildirilir. Qeyd […]

İlyas İsmayılovun oğlunun qətli – Milyon dollar və Avstriya silahı…

İstanbulda öldürülən Etimad İsmayılov Nardaranda dəfn olundu; qətli törədən Gözəl Dəmirov istintaqda susur, yoxsa yalan danışır? Sentyabrın 19-da axşam İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi Türkiyədə Florya Yeni Camidə baş tutan vida mərasimindən sonra Bakıya göndərilib. Qeyd edək ki, vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir […]

“Qanuni oğru” həbsxanada intihar etdi

Kriminal aləmdə “Vaqon” kimi tanınan “qanuni oğru” Vladimir Vaqin Perm vilayətinin Vsesvyatski qəsəbəsindəki cəzaçəkmə müəssisəsində intihar edib.  Turkustan.info xəbər verir ki, bununla bağlı “Primecrime” məlumat yayıb.  Bildirilir ki, 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin “qanuni oğru” tituluna 1995-ci ildə yiyələnib.  Avtoritetlər Yuri Piçuqin (Piçuqa) […]

İranda hərbi paradda terror, 11 nəfər ölüb – Video +Yenilənib

İranın Əhvaz şəhərində keçirilən hərbi paradda terror hadisəsi olub. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər parad zamanı atəş açıblar. Dəqiq say açıqlanmasa da, xeyli insanın öldüyü bildirilir.  Yaralıların sayı barədə məlumat yoxdur. Qeyd edək ki, bu gün Tehran daxil olmaqla, İranın müxtəlif yerlərində hərbi parad keçirilir. Belə […]

Salahlıdan Amasyaya – Polkovnik Məmməd Qazaxın izi ilə

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində […]

“Elman Rüstəmov məhkəməyə verilə bilər” – Dollar kreditlərinə dair yekun qərarın şərhi

Bu gün Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə dair son qərarını verib. Turkustan.info xəbər verir ki, dollar krediti götürənlər borclarını bugünkü məcəllə ilə ödəməli olacaqlar. Məsələni şərh edən, ekspert Əkrəm Həsənov deyib ki, qərar gözlənilən idi: “Möcüzə baş vermədi. Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan […]

Gəncənin təhlükəli qaranlıqları – Sakinlər yeni başçıya müraciət etdi – VİDEO

Gəncənin mərkəzindəki yeraltı piyada keçidində əsl zülmət hökm sürür. Turkustan.info-nun BakuPost-a istinadən məlumatına görə, söhbət şəhər əhalisinin aktiv istifadə etdiyi, Nizami Gəncəvi və Şah İsmayıl küçələrinin kəsişməsindəki keçiddən gedir.  Gəncə sakinləri günorta saatlarında çəkilmiş fotonu saytımıza göndəriblər. Hətta, günün işıqlı vaxtlarında da keçiddən keçmək çətin və təhlükəlidir. Nəzərə alsaq ki, […]

20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi – Tam siyahı – FOTOLAR

Bu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılıb və uğurlu nəticələr əldə ediblər. Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib. Hazırda 26 yaşı […]

Trampdan sensasion məktub: “Yaxın aylarda Qarabağda…”

ABŞ prezidenti: “Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq”  ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Sputnik Ermənistan xəbər verir ki, məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons […]

Azərbaycanda dollar kreditləri ilə bağlı son qərar

“Devalavasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz” Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Məhkəmənin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı […]

Hər il 3 milyon insanı ÖLDÜRƏN “QATİL”

Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir. Turkustan.info xəbər verir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkoqol istehlakı hər il dünyada üç milyondan çox insanın həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq və […]

Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı təhdid edib. Turkustan.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ruhani Trampı İraq diktatoru Səddam Hüseynin taleyinin gözlədiyini bildirib. O, dövlət kanalı vasitəsi ilə raket proqramından imtina etməyəcəklərini də qeyd edib. “İran xüsusi ilə də ABŞ-ın qəzəbinə səbəb olan müdafiə vasitələrindən imtina etmək niyyətində […]

Xanımlar Putinə belə mane oldu – VİDEO

Sank-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin başına maraqlı hadisə gəlib. Turkustan.info xəbər verir ki, Kreml rəhbəri Avrasiya Qadınları Forumunda çıxış etmək üçün zala daxil olarkən, minlərlə qadın onu öz əhatəsinə alıb. Onlarla qadınla şelfi edən Putin sonda 500-ə yaxın xanımla birlikdə şəkil çəkdirib. Bu səhnənin bitməyəcəyini görən forumun sədri sonda xanımlardan […]

Bakıda nəqliyyat dərdi niyə bitmir? – Ekspert

Yollarda hərəkət intensivliyi düzgün nizamlanmayıb. Təəssüflər olsun ki, yay tətili ərzində şəhərdə seyrəklik olsa da, heç kim bu tətil bitdikdən sonra baş verə biləcək sıxlığın, gecikmələrin, interval pozulmalarının qarşısını almaq üçün bir iş görmədi. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ekspert, İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı yeni dərs ilinin […]

“Kral lazım deyil”. Quli özü kraldır?

Avqustun sonunda Moskvada keçirilən “sxodka”da “qanuni oğrular” Oleq Şişkanı Rusiyanın “baş oğrusu” elan ediblər. Bundan sonra o, “oğru obşakına” da cavab verəcək. Turkustan.info-nun Сrimerussia nəşrinə istinadən məlumatına görə, namizədi cinayət aləminin Mixail Voyevodin (Mişa Lujneçkiy), “sxodka” məhz onun restoranında keçirilirdi, Vasili Xristoforov (Vasya Voskres), Dmitri Çanturiya (Miron), Aleksey Petrov (Petrik),Sergey Aksenov […]

Kabab bu xəstəliklərə yoluxma riskini artırır

Kababın insan orqanizmi ziyanlı olduğu sübut edilib. Turkustan.info xəbər verir ki, alimlərin apardığı araşdırma maraqlı nəticələr verib.  Məlum olub ki, açıq odda yaxud közdə hazırlanan yeməklər insanlarda sətəlcəm, astma və digər ağ ciyər xəstəliklərinin yaranma ehtimalını 40-60 faiz artırır.  Bu isə həmin yemək növlərini siqaret kimi təhlükəli edir.  Oksford universitetinin mütəxəssisi Ka […]