İki qızı öldürən manyak saxlanıldı – VİDEO

Rusiyada bir sutkada iki qızı öldürən qatil saxlanılıb. 

Turkustan.info xəbər verir ki, manyakın qurbanları 20 yaşlı tələbə və 27 yaşlı ofis-menecer olub.

Cinayət yerindən çəkilən görüntülər sosial şəbəkədə paylaşılıb. Burada qatilin cinayəti törətdikdən sonra qaçarak taksiyə əyləşdiyi görünür.

Daha sonra cinayətin törədildiyi bıçaq da aşkarlanıb.

Qatilin ələ keçməsi də çox vaxt almayıb. O, qaç içində gizlənərkən saxlanılıb. Cinayətkarın 28 yaşlı Anton İ. olduğu məlum olub. 2 il əvvəl azadlığa çıxan Anton bu müddət ərzində heç bir yerdə çalışmayıb.

Qatilin cinayətləri törətməzdən öncə öz sevgilisini də bıçaqladığı bildirilir. Hazırda qız xəstəxanada müalicə olunur.

Yaxınlarının verdiyi məlumata görə, Anton hələ uşaq yaşlarından cinayətə meyilli olub. Belə ki, o, 9-cu sinifdə oxuyarkən bir qıza bıçaqla hücum edib.

Cinayətin hansı zəmində törədildiyi hələ ki məlum deyil.

www.yenicag.az