Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı təhdid edib.

Turkustan.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ruhani Trampı İraq diktatoru Səddam Hüseynin taleyinin gözlədiyini bildirib.

O, dövlət kanalı vasitəsi ilə raket proqramından imtina etməyəcəklərini də qeyd edib.

“İran xüsusi ilə də ABŞ-ın qəzəbinə səbəb olan müdafiə vasitələrindən imtina etmək niyyətində deyil” – ruhani bəyan edib.

O İraq diktatorunun hansı səbəblərdən devrildiyini diqqətə çəkərək ABŞ prezidentini də həmin taleyin gözlədiyini vurğulayıb.

Qeyd edək ki, 1980-1988-ci illərdə İraq-İran müharibəsi zamanı birinci tərəfin ağır itkilər verməsi ölkə daxilində ciddi iqtisadi böhrana səbəb olub. Nəticədə İraq hakimiyyəti Küveytə girmək qərarına gəlib. Sonda isə Səddam Hüseyn ABŞ ordusunun İraqa girməsi ilə devrilib və 2000-ci ildə edam edilib.  /Modern.az/