Azərbaycanda vulkan püskürdü – YENİLƏNİB + VİDEO

Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib. 

Hazırda püskürmə prosesi  davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb. 

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.