Binəli Yıldırım qəza keçirən şəxslərə yardım etdi – VİDEO

Özbəkistana səfər üçün Esenboğa hava limanına gedən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırım yolda xidməti avtomobilini dayandırıb qəza keçirən şəxslərin yanına gəlib.

Turkustan.info Türkiyə KİV-nə istinadla xəbər verir ki, yerdəki yaralının vəziyyəti ilə maraqlanan Binali Yıldırım şəxsi həkimlərinə ilkin tibbi müdaxilə etməyi tapşırıb. Parlamentin sədri qəza törədən motosikletçiyə şəfa diləyib.

/ednews.net/az