Ad günü münasibətilə “sxodka”: Bir-birini polisə işləməkdə ittiham edən “generallar” qərar verdi

Moskvada “qanuni oğru” Eduard Astryanın 50 illik yubileyi münasibətilə “sxodka” keçirilib.

Turkustan.info yerli mətbuata istinadən bildirir ki, kriminal aləmdə Edik Tbilisski kimi tanınan “oğru”nun 50 illiyinə nüfuzlu “kriminal generallar” toplaşıb. Onların arasında Şişkan, Kaxa Qalski, Bədri, Amiran Sopromadze, Mixail Xananaşvulu, Qayk Sarkisyan və başqaları olub.

Mərasim Asatryanın Mockva ofisi olan “Ağ ev” restoranında təşkil edilməyib. Əvəzində “oğru”lar Parpaliyanın iqamətgahı olan “Marani” restoranına  toplaşıblar. Hətta qonaqlar arasında Parpaliyanın dəvətilə gələnlər Asatryanın çağırışına gələnlərdən çox olub.

“Sxodka”nın əsas  nəticəsi uzun müddətdir bir-birlərinin ünvanına hətta təhqir səsləndirən Kaxa və Edikin barışması olub. Onlar hər ikisi bir-birini güc strukturlarına işləməkdə ittiham edirdi.  /Cebhe.info/