“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi yeni layihə çərçivəsində tədbir keçirib

“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi “İnternet media resurslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə həyata keçirir.

Bu gün Gənclər Mərkəzində layihə çərçivəsində keçirilən tədbidə gənclər, ali təhsil ocaqlarında təhsil alan tələbələr, bu mövzuya həssaslıqla yanaşan sosial şəbəkə istifadəçiləri iştirak edib.

Birliyin sədri Asəf Quliyev keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində müəyyən olunmuş internet media resursları üzərində aparılan 4 aylıq monitorinqlərin artıq yekunlaşdığını bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə yazılan materialları araşdırmaq və bu mövzuda hazırlanan məqalələrdə yanlışlıqları aradan qaldırmaq üçün profilaktiki tədbirlərin görülməsi ilə jurnalistlərin stimullaşdırılmasıdır.

Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.