Gün: Sentyabr 25, 2018

Siqaretdən asılılıq yaradan bu imiş

Ekspertlər siqaretin tərkibinə qatılan maraqlı bir maddəni aşkar ediblər. Turkustan.info teleqraf.com-a istinadən xəbər verir ki, siqaretin tərkibinə qatılan yüzlərlə kimyəvi maddə var ki, bunları da istehsalçılar heç zaman siqaret qutusunun üzərində yazmırlar. Ekspertlər isə 1950-ci ildən bu yana siqaretlərin tərkibinə heyvan sidiyi qatıldığını açıqlayıblar. Belə ki, heyvan sidiyi nikotin maddəsi […]

İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: – “İstədiyi silahı seçsin…”

“Paşinyanın əlini-qolunu yığmaq, onu susdurmaq üçün hərbi yolla 2-3 rayonu azad etmək lazımdır. Onda Paşinyanın ağlı avtomatik olaraq başına gələcək… Turkustan.info bildirir ki, bu sözləri AzNews.az-a müsaibəsində sabiq daxili işlər naziri İsgəndər Həmidov dedi. Onunla olan söhbəti təqdm edirik: – Cənab Həmidov, “Real” partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında […]

Bakıda iyrənc cinayət: Ailəli qadını evə apararaq, intim əlaqədə olub

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib. Turkustan.info xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib. Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə “Instagram”da tanış olduğunu deyib: “Mənə mesaj yazıb, iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj […]

Ağ Ev İrəvanla rus dilində danışacaq: Ermənistanda ABŞ-Rusiya qarşıdurması arta bilər

ABŞ prezidenti Donald Tramp Ermənistanda səfir vəzifəsinə öz namizədini irəli sürüb. Turkustan.info xəbər verir ki, bu, Rusiya və keçmiş SSRİ ölkələri üzrə mütəxəssis Linn Treysidir. Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, Treysi nüfuzlu diplomatdır, hazırda Dövlət Departamentində Rusiya üzrə baş məsləhətçidir. Buna qədər isə Moskva, Aşqabad, Astanadakı səfirliklərdə işləyib. […]

BMT-də Ərdoğandan tarixi çıxış: Dünya arxasını çevirsə də…

BMT Təhlükəsizlik Şurası veto haqqına sahib 5 ölkənin mənafeyinə xidmət edən, yaşanan zülmlərə seyrçi olan bir quruma çevrilib. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. “Fələstinlilərə tətbiq edilən zülmə laqeyd qalmaq, onlara edilən yardımları dayandırmaq cəhdləri sadəcə zalımların cəsarətini […]

Bakıda torpağın qiyməti bahalaşır

2018-ci ilin avqust ayında Bakıda torpaq bazarında bahalaşma müşahidə olunub. Turkustan.info xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bir sot torpağın qiyməti 0.24 faiz artıb və orta hesabla bir sotun qiyməti 22.258 manat təşkil edib. Ekspert bildirib ki, torpaq bazarında […]

Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp BMT Baş Assambleyasında çıxış edərkən iclas zalını tərk edib.  Turkustan.info “Eadaily” saytına istinadən xəbər verir ki, Ərdoğanın bu addımının səbəbi açıqlanmır. Bildirilir ki, Tramp çıxışı zamanı ABŞ-ın həmişə öz maraqlarına uyğun hərəkət edəcəyini bəyan edib.   /oxu.az/

“Baku Bus”ın avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi (VİDEO)

“Baku Bus”a məxsus 6 saylı avtobusun mühərriki hərəkətdə olarkən alışıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Hüseyn Cavid prospektində alovlanan avtobus məcbur dayanacaqda saxlayıb. Sürücü avtobusdakı sərnişinləri ərazidən uzaqlaşdırıb. Avtobusdakı yanğınsöndürəni işə salan sürücü mühərrikdəki yanğını söndürüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin protalımıza göndərdikləri görüntüləri təqdim edirik:

Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Kelna şəhərində keçiriləcək Mərkəzi məscidin açılış mərasimində iştirak edəcək. Binanın tikintisi Türkiyənin İslam Dini Birliyi tərəfindən maliyyələşdirilib və səkkiz il davam edib.  Turkustan.info “NEWSru.co.il” portalına istinadla xəbər verir ki, məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola bilər. Onun ərazisində kitabxana, ticarət mərkəzi, 600 nəfərlik konfrans zalı, seminarların […]

Bakıda iyrənc hadisə — İşə düzəlmək istəyən qıza şirkət rəhbərindən əxlaqsız təklif

Bakıda işə düzəlmək istəyən qızlar bir çox hallarda şirkət rəhbərlərinin əxlaqsız təklifləri ilə rastlaşırlar. Turkustan.info xəbər verir ki, bu yaxınlarda da növbəti xoşagəlməz hadisə baş verib. Əxlaqsızlıq təklif edilən qız yazışmaları sosial şəbəkədə paylaşıb. İşə düzəlmək istəyən qız işədüzəltmə saytlarından birindən əldə etdiyi nömrə ilə əlaqə saxlayıb. Amma qarşı tərəfin […]

“Whatsapp”da yenə əhalini təşvişə salan səs yayıldı – RƏSMİ AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumatlara aydınlıq gətirib. Turkustan.info bildirir ki, gentlikdən BakuPost-a verilən məlumata görə, həmin məlumatlar reallığı əks etdirmir və əsassızdır: “Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur. […]

Azərbaycanda bütün rəsmi saytlar dayandı – PROBLEM

Bu dəqiqələrdə Azərbaycanda dövlət qurumların saytlarının işində ciddi problem yaranıb. Turkustan.info xəbər verir ki, hazırda heç bir rəsmi qurumun saytını açmaq mükün deyil. Hətta rəsmi informasiya agentliklərinin saytları belə açılmır. Əməkdaşımız Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən problemin səbəblərini öyrənməyə çalışır. Nazirlikdən deyiblər ki, problemdən xəbərdardırlar və bununla bağlı açıqlama olacaq..  […]

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib. Turkustan.info report.az-a istinadən xəbər ki, Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub. Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin […]

Sumqayıtda silsilə tədbirlər keçirilib – FOTOLAR

Sumqayıtın Tarixi Muzeyi 14 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin ekskursiya aparıcısı Səidə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışıb. Daha sonra muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva “Cümhuriyyətdən müstəqilliyə doğru…” mövzusunda çıxış edib. Tədbirdə muzey əməkdaşları tərəfindən […]

Pakistanlı alimlər ADAU-da olub

Pakistanın Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə institutunun alimləri, doktor Xalid Mahmud və Sayyad Halder Azərbaycan Dövlət Aqrar Universitetində olub, təhsil müəssisəsinin Aqronomluq fakültəsində professor-müəllim, tələbə heyəti ilə görüşüb. Qonaqlar Pakistanda pambıq istehsalının inkişaf tarixi və məhsuldarlığın artmasına səbəb olan texnologiyalar, nüvə enerjisinin (radiasiyanın) kənd təsərrüfatında tətbiqi nəticəsində tarla bitkilərinin […]

İranla Ermənistan Araz çayı üzərində SES tikintisinə başlayır

İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində su elektrik stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb. “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib. Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsi hələ 2006-cı ildə müzakirə edilməyə […]

“Ancaq bir yol var: 7 rayon Azərbaycana qaytarılır, Dağlıq Qarabağa xüsusi status verilir…” – “Kommersant”ın şərhçisi

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sabah sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər. Bu görüş Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd və qızışdırıcı bəyanatlarla çıxış etdiyi, nəticədə rəsmi Bakının səbrini daşırdığı bir vaxtda baş tutur.  Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, “Kommersant” […]

“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”

Bu gün “Azercell” şirkətinin təşkilatçılığı ilə Park İnn Hotel-də  “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimatı keçirilib. Turkustan.info xəbər verir ki, Mətbuat konfransında “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev və Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini […]

“Pasportlar haqqında” qanuna dəyişiklik edilir

Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport veriləcək. Turkustan.info xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən […]

“Vətən uzaqda deyil” layihəsinə Amerikadan reaksiya – …SƏBİRSİZLİKLƏ GÖZLƏYƏCƏYİK !”

Soydaşlarımızın səbirsizliklə gözlədiyi “Vətən uzaqda deyil” televiziya proqramı fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, onları maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında etibarlı körpü yaratmaqdan ibarətdir. Diasporla İş Üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayım Şirkətinin birgə layihəsi olan veriliş Vətən nisgilimizdən xəbər verir. […]

ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə görüşüb

Azərbaycan Dövlət  Aqrar  Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov ADAU-nun Aqronomluq fakültəsinin bаkаlаvr pilləsinin 1-ci kurs tələbələri ilə görüşüb. Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə görüşdə, prorektorlar, fakültə dekanı, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Aqponomluq fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor İbrahim Cəfərov  bildirib ki, universitet […]

Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq – FOTO

Qətərin nüfuzli qəzeti “The Peninsula” Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazı yayımlayıb. Bu barədə məlumatı Diaspora üzrə araşdımaçı jurnalist Elnur Eltürk verib. Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində 25 sentyabr 2018-ci il tarixli sayında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərinə səfərlərlə bağlı Azərbaycan Respublikasının Qətərdəki səfirliyinin […]

Biz nə oxuyuruqsa…

Turkustan.info bildirir ki, suallara AYB-nın üzvü, “Ulduz” jurnalının publisistika şöbəsinin redaktoru yazıçı-publisist Hicran Hüseynova cavab verir. Elektron əsr, informasiya cəmiyyəti haqqında nə deyə bilərsiz? – Biz istəsək də, istəməsək də, bu böyük günlərin şahidi olacağıq”. Bu sözlər tanınmış rus şairi A. Bloka məxsusdur. Və mənim bu fikri xatırlamağım da təsadüfi […]

Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı – FOTOLAR

Niderlandda yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynovun və Vəfa Rüstəmovanın Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində sərgisi açılıb. Diaspora üzrə araşdımaçı jurnalist Elnur Eltürkün musavat.com -a verdiyi məlumata görə, tədbiri Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər üzrə müvəkkili Cəlal Mirzəyev açıb. 28 əsərin nümayiş olunduğu sərgidə Niderlandda yaşayan həmvətənlərimiz, türk icmasının münayəndələri, […]

Arvadını başqa kişi ilə tutdu videoya çəkdi – Azərbaycanda ŞOK VİDEO

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar qeydə alınıb. Turkustan.info xəbər verir ki, Məzahir adlı şəxs arvadından aliment tələb edib. Səbəb isə uşaqlara baxdığını və ona xəyanət etdiyini bildirib. Həmin görüntülərin israrla yayımlanmasını istəyən ər xanımını məhkəməyə vermək istədiyini tez-tez dilə gətirib. Teleaparıcı isə görüntüləri tam […]

Zərdabda 19 yaşlı gəlin körpəsi ilə evdən qaçdı – FOTO

Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb. Turkustan.info report-a istinadən xəbər verir ki, rayonun “32 Hektar” adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Haciyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb. Yaxınları A.Hacıyevanın […]

Azərbaycan parlamentarilərinin ATƏT PA-dakı rolu alqışlandı

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli sentyabrın 20-si Bakıya səfəri zamanı bir daha PA-nın Cənubi Qafqazla əməkdaşlığına sadiqliyini təsdiqləyib və Azərbaycan parlamentarilərini regionda iqtisadi əməkdaşlıq və təhlükəsizliyin dəstəklənməsində daha fəal rol oynamağa çağırıb. Turkustan.info-nun məlumatına görə, bu barədə ATƏT-in bəyanatında deyilir. G.Tsereteli Azərbaycanın aparıcı beynəlxalq ticarət tərəfdaşına çevrilməsini yüksək qiymətləndirib. […]

Bu güllə çağında lütf edirsən, açırsan gül! Zöhrə Məzluminin yaradıcılığına ötəri bir baxış

Bildiyimiz qədər incəsənət dünyasında iki cür üsulvar. Birisi bir başqa əsərdən eynisini kopiya etmək, digərisə bir əsərdən ilham alaraq və ya başqa biçimdə qullanaraq yeni bir əsər yaratmaqdır. Belə ki, kimsə bu əsəri görsə onu yeni bir əsər kimi dəyərləndirib düşünər. Birinci grupdan olan əsərlər nə huquqi, nə də incəsənət […]

Müdafiə Nazirliyindən BƏYANAT: “Düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq”

“Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur”. Turkustan.info xəbər verir ki, bu, Müdafiə Nazirliyinin bəyanatındandır.  Nazirlik bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd […]

Ona “borzu” deyən müdirini öldürdü – “Dedi yaxşı eləmişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb. Turkustan.info-nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxov icraatında olan prosesdə baxış iclası baş tutub.  Prokuror ittiham aktını elan edib. Belə ki, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq […]

“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası

Turkustan.info bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ilin iyul – sentyabr aylarında “Kitabxanaya kitab hədiyyə edirik” adlı önəmli sosial aksiya keçirilir. Aksiyada alimlər, yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, oxucular, şəhər sakinləri, Bakının qonaqları, bir sözlə cəmiyyətdə kitabın taleyinə biganə olmayan ziyalılar fəal iştirak […]

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Xəbər verdiyimiz kimi, uzun illərdir fəaliyyət göstərən Bakı İslam Universiteti artıq bağlanıb.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olunan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib. Ölkədə ali dini təhsil verən iki universitetdən birinin bağlanması doğrudurmu? Ümumiyyətlə, dini […]

Milli Məclisin ilk plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb. Turkustan.info xəbər verir ki, iclasın gündəliyinə 62 məsələ daxildir. Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta […]

Qüdrətli rəhbərlərin zəif damarı – Tütün tüstüsü

Çurbanov özü “Kent” çəkir, qayınatası Brejnev üçün cibində “Paytaxt” gəzdirirmiş Müşahidələrdən belə qənaətə gəlmək olar ki, müasir dövrün siyasi liderləri əvvəlkilərdən fərqli olaraq sağlam həyat tərzinə daha çox üstünlük verirlər. Bir faktı qeyd etmək yetərlidir ki, bu gün əksər dövlət başçıları tütün məhsullarından istifadə etmirlər. Bəlkə də cavan yaşlarında hansısa […]

Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı…- VİDEO

Dəfələrlə yazdığımız kimi, 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər dağlarında müxtəlif terrorçu qrupların dəstələri təlim keçir. Türkiyədəki mənbələrin də təsdiqlədiyinə görə, onlar arasında “PKK” terrorçuları da var.  Turkustan.info xəbər verir ki, Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla rayonun Nadirxanlı kəndində təlim keçən bir dəstənin görüntülərini əldə edib. Məlum olur […]

Bəşəriyyətin ölüm səbəbi açıqlandı

Alkoqolla əlaqəli bütün ölümlərin dörddə üçü kişilər arasındadır. Ümumdünya Səhiyyə Təşkilatı dünyada insanların ən başlıca ölüm səbəbini açıqlayıb. Turkustan.info Rusiya mətbuatına istinadla xəbər verir ki, açıqlamaya görə, alkoqol qəbulu səbəbilə dünyada hər il 3 milyon insan ölür. Bu rəqəm hər il QİÇS, zorakılıq və avtomobil qəzalarında dünyasını dəyişənlərdən çoxdur. Mütəxəssislərin sözlərinə […]

Bakı Tekstil Fabrikindən Azərbaycana hörmətsizlik – Hamı bu etiketdən danışır – FOTOFAKT

Bir neçə gündür, Bakı Tekstil Fabrikinin istehsalı olan məhsulun üzərindəki etiket sosial şəbəkələrdə müzakirə olunur. Turkustan.info xəbər verir ki, etiketə “Made in Azerbaijan” brendi vurulsa da, 3 sözdən ibarət cümlədə 2 səhvə yol verilib. Birincisi, Azərbaycan sözü ölkəmizin adı və xüsusi isim olduğu halda kiçik hərflə yazılıb. İkincisi isə ingilis […]

Novruz Məmmədov nazirlik barədə qərar verdi – Tərkibindən çıxarıldı

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, Turizm və Menecment Universiteti Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.  /Minval.info/

Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı

Moskvada taksi sürücüsü qadın sərnişini zorladığı ittihamı ilə həbs edilib.  Turkustan.info Rusiya KİV-ə istinadla xəbər verir ki, sürücü qadının maşının salonunda yatmasından istifadə edib.  Zorlamadan sonra kişi qadını maşından düşürüb və aradan çıxıb.  Hadisə sentyabrın 22-də Moskvanın Tversk rayonunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.  “Komsomolskaya pravda” nəşri sürücünün Moskvada qeydiyyatsız […]

Türkiyəyə qarşı oyun: Əsəd 400 terrorçu göndərdi…

Türkiyə və Rusiyanın İdliblə bağlı razılaşmasından sonra Suriya Prezidenti Bəşər Əsəd yeni bir oyun planlaşdırıb. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd kirli oyuna əl ataraq, Türkiyəyə 400 İŞİD-çi göndərib. Terrorçuların ötən gün səhər saatlarında Türkiyəyə göndərildikləri bildirilib. Əsəd rejimi bununla İdlib anlaşmasında mövcud durumu dəyişdirmək üçün hərəkətə keçib. Terrorçuların […]

Təngnəfəsliyə təbii vasitə

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir. Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar? Turkustan.info xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a müsahibəsində həmin hallarla üzləşənlərin istifadə edə […]

Rusiya Qara dəniz üzərində hava məkanını tam nəzarətə götürdü

Bu həftədən etibarən Qara dəniz akvatoriyası Rusiya hava-hücumundan müdafiə sistemlərinin tam nəzarətindədir.  Turkustan.info xəbər verir ki, bunu Krımda yerləşən S-400 zenit-raket kompleksinin üçüncü divizionunun komandiri podpolkovnik Aleksandr Taranov “Krasnaya zvezda” nəşrinə açıqlamasında deyib.  O qeyd edib ki, hazırda Qara dəniz akvatoriyasına şimal və qərb istiqamətlərindən tam nəzarət olunur.  /Oxu.Az/