Azərbaycanlı taksi sürücüsü yatmış sərnişini zorladı

Moskvada taksi sürücüsü qadın sərnişini zorladığı ittihamı ilə həbs edilib. 

Turkustan.info Rusiya KİV-ə istinadla xəbər verir ki, sürücü qadının maşının salonunda yatmasından istifadə edib. 

Zorlamadan sonra kişi qadını maşından düşürüb və aradan çıxıb. 

Hadisə sentyabrın 22-də Moskvanın Tversk rayonunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. 

“Komsomolskaya pravda” nəşri sürücünün Moskvada qeydiyyatsız işləyən 30 yaşlı azərbaycanlı olduğunu bildirib.   /oxu.az/