Bu güllə çağında lütf edirsən, açırsan gül! Zöhrə Məzluminin yaradıcılığına ötəri bir baxış

Bildiyimiz qədər incəsənət dünyasında iki cür üsulvar. Birisi bir başqa əsərdən eynisini kopiya etmək, digərisə bir əsərdən ilham alaraq və ya başqa biçimdə qullanaraq yeni bir əsər yaratmaqdır. Belə ki, kimsə bu əsəri görsə onu yeni bir əsər kimi dəyərləndirib düşünər.

Birinci grupdan olan əsərlər nə huquqi, nə də incəsənət baxımından heç bir dəyəri olmayaraq oğurluq sayılırlar. Əlbəttə sənət fəlsəfəsi alimlərinin bir çoxunun baxımından bu kopiya olan əsərlərin yaradıcısı olan sənətkar öz işinin kopiya olduğunu danırsa əsəri oğurluq sayılır və huquqi baxımdanda günahkar sayılır. Amma əsərinin kopiya olduğunu danmayırsa yaratdığı əsər öz yerində bir sənət əsəri sayıla bilər. Necə ki bir çox rəssam Leonardo da Vincinin məşhur Mona Lisaəsərini kopiya edərək öz adlarına sərgiləyiblər. Bu əsərlərə bəzən iki imzalı əsərdə deyilir.

 Amma ikinci  növdən olan əsərlər Appropriationçərçivəsində olaraq özlərinin özünə aid kimlik və dəyərləri  var. Appropriationincəsənət sahəsində yeni bir teknik olaraq Avrupa və Amerikanın sənət sahəsində böyük bir sənət üsuludur. Amma bizim ölkələrdə bir o qədər tanınmayaraq hələlik lazımı olan yeri aça bilməyib. Bu texnikdə sənətçi başqa birisinin əsəri yoxsa çox adi bir şeyin üzərində bəzi dəyişikliklər icad etməklə onu yeni bir sənət əsəri olaraq göz önünə gətirir.

 Appropriationiyirminci əsrin əvəllərində yeni bir incəsənət məktəbi olaraq avrupada ortaya çıxdı. Marcel duchamp, Andy Warholvə Roy Fox Lichtensteinkimi böyük rəssam və sənətkarlar bu sahədə ilk örnəkləri ortaya çıxartdılar. Onlar əsələrini çox önəmsiz və adi şeylərdən yaradırdılar. Onların əsərlərində içgi şişələri, kürək, daraq, siqaret paketi və başqa gündəlik həyatımızda istifadə etdiyimiz şeylərin şəkilləri anlamlı bir biçimdə sərgilənirdi belə ki tamaşaçı və əsəri seyr edən insanlara yeni və özəl bir mesaj daşıyaraq onları yeni və özəl bir anlayışa vardırırdılar. Yəni bu çox adi və sadə görünən şəkillər və posterlər sənətkarın kiçik bir dəyişiklik emal etməyi  və ya kiçik bir artırma yoxsa əskiltməsiylə tam başqa bir şeyə dönüşürdü. Elə bir şeyə ki, ona bədii sənət əsəri demək olar.

Sonunda SherrieLevine 1980ilində Appropriationtərzini tam olaraq bir yeni incəsənət məktəbi kimi təsbit etdi. O, WalkerEvansadlı bir fotoqrafçının çəkdiyi şəkillərin üzündən yeni şəkillər çəkərək özü çəkdiyi şəkillər kimi sərgilədi. Amma onun bu yenidən çəkdiyi şəkillərEvansınçəkdiyi şəkillər deyildi və özlərinə aid düşünsəl mesaj daşıyaraq yeni bir kilmlikləri var idi. Bu incəsənət tərzi o gündən bu günə qədər davam edərək çox yeni texniklər, yeni əsərlər və yeni gəlişmələr əldə etmişdir. Amma Asiya, özəlliklə orta doğu ölkələrində hələdə tanınıb anımsanmayıb və bizə bir qədər qərib və anlaşılmaz bir bölümdür. Çünki bizim ölkələr hələ İncəsənət sahəsində Modernizm anlaıyışını tam olaraq mənimsəyə bilmədikləri halda Post-modern düşüncə və incəsənət anlayışından uzaq qalması çox təbii bir haldır.

 Sadəcə Yaponiyada Yasumasa Morimuraadlı bir fotoqrafçı və rəssam xanım bu tərzi o ölkədə öz düşüncələrini topluma və dünyaya anlatmaqiçin qullanaraq dünya səviyyəsində tanınmaqdadır. Onun Rephotography (fotoqraf üzündən yeni fotoqraf çəkmək)olaraq  yaratdığı əsərlərdə duyulan əsas düşüncə və düşünsəl mesaj Yaponiya kimliyiyilə batı kimliyinin qarşılaşması və uzaq doğu özəlliklə Yaponiya insandan batılıların zehni və düşüncələrində olan yanlış alqılar və gerçək olmayan təsəvvürü tənqid etməkdir.

Avropa və Amerikada baş qaldıran Modernizm, yeni ideallar, yeni düşüncələr, yeni inanclar və bir sözlə desək bütün dünyaya yeni həyat verəcək təşəbbüsü ilə son iki yüz ildə orta doğunuda dünyanın digər bölgələri yanısıra öz təsiri altına aldı. Modernizmin İrana giriş yolu Güney Azərbaycan olmuşdur. Avrupa gedişatı təsiri altında Öncə Osmanlı və Rusiya topraqlarında əsən yenilik əsintisi günümüzdə İran adlanan Qacar məmləkitinin hər bölümündən öncə Azərbaycanda dalğalanmaya başlamışdır. Elə ona görədə Avrupada Modernizm və İslam dünyasında Türklərin öncüllüyüilə başlanıb Cədidçilik terminiilə tanınan hərəkatın ilk və ən güclü tarixi mərkəzi Təbriz olmuşdur və bütün bilim, elm, incəsənət, ədəbiyyat və başqa sahələrdə görünən yeniliklər Tərizdə ortaya çıxmışdır və Səməd Sərdariniya “Birincilər Şəhri Təbriz” adlı kitabında bütün bu Təbrizdə ortaya çıxan birinciləri tarixi bir araşdırmada qələmə alaraq bu həqiqəti kəsinliklə sübut etmişdir. Əlbəttə  Azərbaycan və Təbrizin altın çağına Qacar dönəminin bitməsi və Pəhlvilərin iş başına gəlməsi ilə bərabər İrana hakim olan Fars Şovinizminin basqısı altında son qoyulmuşdur. Bu tarixi acı gerçək Güney Azərbaycan və Təbrizin güc qaynaqları və düşüncə iliyini qurutmasına rəğmən yenədə zaman zaman bir çox yeniliklər bu sönməz ocaqdan parlamışdır. Çünkü necə də olsa Rəhmətlik Şəhriyar demişkən: -Xan yorğanı kənd içrə məsəldir mitil olmaz…..

incəsənət və ədəbiyyat sahəsində də modernizm və yeniliklər tamamən Azərbaycan və Təbrizdə ortaya çıxaraq hələdə bizim incəsənətçilərimizin bir çoxu bu konuda öncüllük edirlər və bunlardan birisi İranda Postmodern incə sənət öncüllərindən biri sayılan xanım Zöhrə Məzlumidir.

Z. Məzlumi bir qrafist olaraq 2004-cü ildən etibarən yeni tekniklərlə dizaynerliyə başlamışdır. O dizaynerlik sahəsində bir çox dərgi və kitabların cild və iç səhifə dizayn və düzənləməsi ilə təcrubə qazanmışdır. Onun qrafik dünyasında maraqlandığı əsas bölüm postmodern incəsənət təsiri altında meydana çıxan Appropriationtekniki ilə poster düzənləməkdir və sonunda bu amac üzərə böyük bir başarı əldə etmişdir. O ilk dəfə olaraq İranda yaratdığı poster dizaynının haqqında deyir: Postmodern incə sənət anlayışında hər şeydən bir bədii əsər yaratmaq olar və  məndə bu hər şeyə bir şey artırmışam[2].  

Onun yaratdığı bədii posterlər çəkiliş yoxsa sübut sürəsində pozulan, zədələnən, hədələnən, ışığın az ya çoxluğundan yanan və başqa çeşidli nədənlər üzündən istifadə olunmaycaq duruma düşən fotoşəkillər və fotolentlərdən yaranır. O bu fotoşəkil və fotolent qırıntılarını fotoqraf otelyelərinin zibil qabılarından yığır və onların üzərinə bir özəl və dərin anlamlı poetik ya fəlsəfi söz, cümlə və şeir artırmaqla onlara yeni hayat verərək dərin mənalı bir bədii əsərə çevirir. Öz dediyi kimi onun bu işinin sayəsində dəyərsiz bir zibil kimi görünən nəsnələr bədii bir əsərə çevrilərək yeni kimlik qazanırlar. Maraqlısı bu ki onun yaratdığı və düzənlədiyi posterlerin sözləri Azərbaycan türkcəsində olaraq bir çoxu Azərbaycan (Güney və Quzey) şairlərinin şeirlərindən bir parçadır və ən çox Ramiz Rövşən və Məlihə Əzizpurun şeirləri görünür posterlərdə. Hər posterin üzərində yazılan söz və şeir çox böyük bir diqqət və zövqlə seçilir və onun təsviri ilə uyğun olaraq bir bədii kompleksə dönüşür. Z. Məzlumi bu başarının əldə etməsi üzərə öz istedad və çalışmalarından əlavə, müəllimi  Babək Azadyxahın yol göstərmələrinində böyük təsiri olduğunu hər zman vurğulayır.

Onun posterlərinin başında Kimlik posteri durur. Bu posterdə qarmaqarışıq bir görüntü var. Üzərində çoxlu cızmalar və yarıdan çoxu məhv olan bir uşaq şəkili görünür. Sənətçi bu qarmaqarışıq görüntüyə taypoqrafı tekniki ilə daha artıq qarma qarışıqlıq verib. O təsvirin üzərində KİMLİK sözünün düzünə, tərsinə və alt üst yazaraq artırmaqla dahada çoxaldıb onun qarma qarışıqlığın. Seyirci bu posteri görüncə ixtiyarsız dünya üzrə kimliyi qarışdırılıb özlüyündən uzaq salınan insanlar, xalqlar və millətləri düşünür. Bizə bu poster İranda yaşayan Türklərin, özəlliklə Azərbaycan Türklərinin qarışıqlığa düşüb bölük-bölük olan kimliyin xatırladır.

Digər bir gözəl və nisgilli posterində başı qopulub qırılmış bir qızıl gül butası görünür. Üzərindəki yazı olmasa çox  adı və keyfiyətsiz fotoqrafdır ama üzərində söz ona başqa bir kimlik və təsir verərək ona yeni hayat və yeni kimlik verir. Bu fotoqrafın üzərinə sənətçimiz bu şeiri artırıb: »Bu güllə çağında lütf edib açırsan gül!«və bu sözlə fotoqrafda olan görütü insanın canını sızladan bir nisgili oyadır. Bütün dünya üzərində olan savaşlar və bir gül kimi güllələrin sayəsində başları qırılan insanlar özəlliklə uşaqlar……

Daha gözəl bir posterində 4 uşaq görünür. Uşaqlar yoxsul bir məhəllədə yoxsul ailələrin uşaqları olduqları geyimlərindən və baxışlarından bəllidir. Onlar bir yerə toplanaraq bir divarın güşəsindən kameranın lenzinə baxırlar. Amma yoxsulluqlarına rəğmən özəl bir ön görü və ümid var baxışlarında. Sənətçi çox dərin mənalı bir söz artırmaqla bu zibil qabından götürülmüş fotoqrafı əbədi bir bədii yadigara çevirib. O fotoqrafın üzərində: »GƏLƏCƏK bizimdir«yazıb. Əcəb! Bu uşaqlar biz deyilmiyik?

Posterlərin birinin üzərində Ramiz Rövşənin bu şeirini görürük: Soymayın dərimizi qoyun yaşayaq, ADAM olanmadıq qoyun yaşayaq! Bu posterdə bir qoyun sürüsü görünür çobanı başının üstündə. Şeiri götürsək sadəcə bir qoyun sürüsünü görürük fotoşəkildə. Amma şeir başqa bir anlam verir bu şəkilə. Qoyunlar başları biri birinin altında çobana tam itaət göstərərək yürüyürlər. Çoban dim dik duraraq iki ağac əlində qoyunların amiri kimi görünür. Sankı heç bir qoyunun başını qovzamağa cəsarəti yox. Qoyun kimi yaşamaq rəzalətinə baş əyib və hər zaman başının kəsilmək təlükəsindən qorxaraq kəsilməməsi üçün yalvarmaqda olan səfil bir toplum! Posterin başabaşında bir qaranlıqlıq və kədər görünür və kəsinliklə hər bir seyirci bu posterdən bir çox ölkədə dilə gətiriləbilməyən çox sözlər anlayır.

Z. Məzluminin hər bir posterinin qələmə alına biləcək çox söz var. Yəni istəsəm hamısına layıqı olan izahı yazam bir kitab söz olar. Amma unutmayaq ki, Postmodern incəsənətin əsas xarakterlərindən seyircini əsərdən nə düşünəcəyi barədə sərbəst buraxmaqdır. Yəni əsər belə bir əsər ola ki uşaq böyük, qoca cavan, savadlı savadsız, kəndli şəhərli vb… hər kəs öz düşüncə və duyğusu qədər əsərdən zövq alıb yeni bir düşüncəyə vara.  

Z. Məzluminin əsərlərində neçə mövzu əsas mövzular olaraq gözə dəyir. Bu mövzuların ən önəmliləri; İnsan haqları və Qadın haqlarıdır. Əlbəttə onun əsərləri sadəcə bu iki mövzuyla məhdud deyil. Amma bu mövzulu əsərlər daha çox görünür əsərlərinin içində. Onun posterlərində özəl bir nisgil var. Bu nisgili duyub düşünməyə İranın toplumsal və siyasi durumu özəlliklə bu ölkədə yaşayan Türklər və Azərbaycan Türklərinin durumundan bir qədər bilgisi olmağı lazımdır seyirçinin. Nə qədər seyirçinin bu barədə bilgisi çox olursa daha dərindən duyub düşünəcək bu nisgili. Qadın və qadın haqları mövzusuna həsr olunan posterlərdə daha güclü və acıdır bu nisgil. Onun əsərləri yaşadığı coğrafiya və dönəmin aynasıdır və bir tarixi sənəd kimi əbədi olaraq qeyd olacaq dünya incəsənət tarixində.

Z. Məzlumi indiyə qədər İran və Güney Azərbaycanın Tehran, Təbriz və Zəngan şəhərlərində poster sərgisi açaraq böyük bir maraqla qarşılanmışdır. Türkiyənin Ankara və İzmir şəhərlərindədə əsərləri sərgilənmişdir. Türkiyənin İzmir şəhəri Ege Universiteti Türk Dünyası Araşdırmalar Enstitüsü qaleriyasında açdığı sərgi  bu universitetin müəllimləri və Türk dünyasından bir araya toplanan tələbərin böyük ölçüdə maraq və alqışlarını qazanmışdır. Vaxtıilə Enstitünün sədri Prof. Dr Fikrət Türkmən bu sərgini açaraq sərginin açılış danışmasında onu İsyankar Türk Qızı adlandırıb ona daha böyük başarılar diləmişdir.

___________