Rusiya Qara dəniz üzərində hava məkanını tam nəzarətə götürdü

Bu həftədən etibarən Qara dəniz akvatoriyası Rusiya hava-hücumundan müdafiə sistemlərinin tam nəzarətindədir. 

Turkustan.info xəbər verir ki, bunu Krımda yerləşən S-400 zenit-raket kompleksinin üçüncü divizionunun komandiri podpolkovnik Aleksandr Taranov “Krasnaya zvezda” nəşrinə açıqlamasında deyib. 

O qeyd edib ki, hazırda Qara dəniz akvatoriyasına şimal və qərb istiqamətlərindən tam nəzarət olunur.  /Oxu.Az/