Sumqayıtda silsilə tədbirlər keçirilib – FOTOLAR

Sumqayıtın Tarixi Muzeyi 14 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan muzeyin ekskursiya aparıcısı Səidə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışıb. Daha sonra muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva “Cümhuriyyətdən müstəqilliyə doğru…” mövzusunda çıxış edib.
Tədbirdə muzey əməkdaşları tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və həyata keçirdiyi dövlət əhəmiyyətli sərəncamlar və qərarları özündə geniş əks etdirən fotoalbom və kitablardan ibarət “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı sərgi nümayiş olunub. Tədbir interaktiv formada keçirilib və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq baxçası ilə birlikdə Sülh günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə uşaqlara Sülh günü haqqında geniş məlumat verilib. Daha sonra uşaqlar fonda yeni daxil olmuş nağıl və jurnallardan ibarət “Nağıllar aləmində” adlı sərgi ilə yaxından tanış olub, açıq səma altında asfalt üzərində Sülh gününü ehtiva edən şəkillər çəkib, əmin-amanlıq, sülh arzusu ilə göyərçinləri açıq səmaya buraxıblar.
Uşaq şöbəsində daha bir tədbir Nizami poeziya günləri ilə əlaqədar keçirilib. “Nizami Gəncəvini necə tanıyırıq” adlı tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova oxuculara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Daha sonra uşaqlar kitabxanaçılar tərəfindən tərtib olunuş və Nizami Gəncəvinin həyatı və yaradıcılığını əks etdirən sualları cavablandırıblar. Uşaq şöbəsi tərəfindən 15 saylı məktəbdə keçirilən tədbirdə şagirdlər şairin qəzəllərindən və şeirlərindən parçalar söyləyib, şairin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR