Türkiyəyə qarşı oyun: Əsəd 400 terrorçu göndərdi…

Türkiyə və Rusiyanın İdliblə bağlı razılaşmasından sonra Suriya Prezidenti Bəşər Əsəd yeni bir oyun planlaşdırıb.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd kirli oyuna əl ataraq, Türkiyəyə 400 İŞİD-çi göndərib.

Terrorçuların ötən gün səhər saatlarında Türkiyəyə göndərildikləri bildirilib. Əsəd rejimi bununla İdlib anlaşmasında mövcud durumu dəyişdirmək üçün hərəkətə keçib. Terrorçuların Türkiyədə qarışıqlıq yaratması, bundan sonra isə Suriya və Rusiyanın hücumlara başlaması planlaşdırılır.

Qeyd edək ki, Soçi görüşündə Ərdoğanla Putinin razılaşmasından Əsəd rəhbərliyi məmnun qalmadığını bəyan edib. Ancaq Rusiya qarşı tərəfi razı sala biləcəyi barədə açıqlama vermişdi.  /Axar.az/