Gün: Sentyabr 26, 2018

Məcburi köçkündən Baş Prokurora ŞİKAYƏT

Füzuli rayon Qorqan kənd sakini Nağıyev Köçəri Əvdil oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda Baş Prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir: Cənab Baş Prokuror! Sizə bildirmək istəyirəm ki, mən Nağıyev Köçəri Əvdil oğlu 1948-ci ildə Füzuli rayon Qorqan kəndində anadan olmuşam. Bakı Dövlət Universitetinin tarix fakülitəsini bitirmişəm. 1976-cı ildən tarix […]

Deputatı təhdid etdilər – Evə qayıdarkən qapısının ağzında… – VİDEO

Moskvada deputatın evinin qarşısına donuz başı qoyulub. Turkustan.info teleqraf-a istinadən xəbər verir ki, Nadejda Zaqordan axşam saatlarında evinə qayıdarkən belə bir mənzərə ilə qarşılaşıb. Deputatın verdiyi məlumata əsasən, bundan öncə belə bir hal onun valideynləri ilə də baş verib. Nadejda Zaqordan analoji halın onun tədqiqatları ilə bağlı olduğunu düşünür. Deputat […]

Paşinyanın Qarabağ danışıqlarından qaçmasının ŞOK PƏRDƏARXASI: İrəvan 30 il əvvələ QAYIDIR və…

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı çox böyük təəssüf doğurdu. Bu çıxış bir daha göstərdi ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. Turkustan.info bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov Ermənistanın […]

Ayaqlarını geniş açaraq oturan kişilərə maraqlı cəza – VİDEO

Rusiyada kişilərin ayaqlarını açaraq oturmasından narahat olan bir qadın onlara özünəməxsus cəza verib. Turkustan.info xəbər verir ki, gənc qadın metroda əlindəki şüşə ilə ayaqlarını ayıraraq oturan kişiləri cəzalandıraraq üstlərinə yuycu tozlu su qarışığı töküb. Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə edən qadınların ən böyük problemi ayaq üstə getməkdən çox oturduqları […]

Moskva Netanyahunu qəbul etmədi: Gərginlik səngimir

Rusiyaya məxsus İl-20 təyyarəsi Aralıq dənizinin Suriya sahillərində vurulandan sonra Rusiya İsrail siyasətçilərini Moskvada qəbul etməməyə qərar verib. Turkustan.info xəbər verir ki, bunu “Haaretz” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Libermanın Moskavaya birgə səfərini nəzərdən keçirib. Ancaq Kreml səfər təklifinə […]

Dövlət Başçısı 10 milyon manatlıq SƏRƏNCAM imzaladı

Azərbaycan Prezident İlham Əliyev Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamın məqsədi Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsidir. Sənədə əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və […]

Azərbaycanda yeni Milli Park yaradılır – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.   Turkustan.info-nun məlumatına görə, sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.  Sərəncamla Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati […]

İlham Əliyev Mədət Quliyevin hərbi rütbəsi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Report”un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

ADAU-nun rektoru qəbul imtahanlarında və yay imtahan sessiyasında yüksək bal toplayan tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qəbul imtahanlarında və yay imtahan sessiyasında yüksək bal toplayan tələbələrlə görüşüb. Universitetin mətbuat xidmətinin xəbərinə görə görüşdə rektor İbrahim Cəfərov bildirib ki, tələbələrə universitetin büdcədənkənar vəsaiti hesbına əlavə təqaüdlərin verilməsi yüksək nəticə göstərən tələbələrin sayının hər il artmasına səbəb […]

Türkiyənin məşhur mafia serialında “Lotu Quli” mesajı – VİDEO

“Eşkiya dünyaya hökmdar olmaz” serialının yeni sezondakı ilk seriyası ağıllara azərbaycanlı kriminal avtoritet Lotu Qulini gətirib. Turkustan.info xəbər verir ki, buna səbəb Avropa və Türkiyənin silah baronları ilə toplantıda amerikalını öldürən “Hızır Çakırbəyli”nin “mən dostlarımı öldürmürəm” sözləri olub. Bu isə bir neçə ay öncə yayılmış videonu xatırladıb. Qeyd edək ki, […]

Bakıda yoxa çıxan 14 yaşlı qızın son səsyazısı üzə çıxdı – Ailəsi qorxu içində – VİDEO + FOTO

Bakıda 14 yaşlı Kamilova Fidan yoxa çıxıb. Milli.Az xəbər verir ki, yeniyetmə qızın bir neçə oğlanla əlaqəsi olduğu üzə çıxıb. Bu barədə “Səni axtarıram”da Xoşqədəm məlumat verib. Xoşqədəm Fidanın son səsyazısının aşkar edildiyini də bildirib. Ailəsi qızlarının oğurlandığından narahatdır. Bu da Fidanla bağlı süjet:

Bakı Meriyası “Qarabağ mitinqi”nə İCAZƏ VERDİ

Bakı şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda “Qarabağ  mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib. Turkustan.info-nun məlumatına görə, bu haqda mitinqin Təşkilat Komitəsinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib. Təşkilatçılar əvvəldən bəyan ediblər ki, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə […]

Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı – VİDEO

Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S.Quliyev​in ailəsinə qarşı çıxıblar. Turkustan.info-nunməlumatına görə, “Qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər. 26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i, axşam saatlarında işdən evə gedərkən qonşusu S.Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını deyib […]

Şura “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət proqramında QHT-lərə müxtəlif mövzularda təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. F. Qurbanov deyib ki, QHT-lərin təlim ehtiyaclarının öyrənilməsi üçün keçirilən […]

Novosibirsk-Bakı təyyarəsini “partlatmaqla” hədələyən varlı azərbaycanlı biznesmendir

Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçevo” aeroportundan Bakıya uçan “Airbus” təyyarəsini “partlatmaqla” hədələyən və həbs olunan sərnişin Azərbaycandan olan varlı biznesmendir. Turkustan.info “Komsomolskaya Pravda”nın yerli əlavəsinə istinadla xəbər verir ki, o Azərbaycana hansısa ailə mərasiminə gəlirmiş. Rusiya DİN-in Sibir federal dairəsi üzrə idarəsindən bildirildiyinə görə həmin şəxs Azərbaycana uçurmuş. Pasportuna görə Rusiya […]

Azərbaycan diasporunda “İsveç uğuru”

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk Turkustan.info-ya “İsveç uğuru” ilə bağlı açıqlama verib. O bildirirb ki, xaricdə yaşayan soydaşlarımızın seçkili və idarəetmə orqanlarında təmsil olunması və ya yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiya etmələri diaspordan ciddi nəticələr verə bilər. Bu gün soydaşlarımız xarici ölkələrdə seçkili orqanlarda öz güclərini sınayırlar. Hətta uğur da qazanırlar.  […]

“Cənnətdə təkrar qovuşmaq ən böyuk arzumdur” – Sevil Nuriyeva yazdı

Tanınmış telejurnalist Sevil Nuriyeva ötən həftə İstanbulda qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılovla bağlı düşüncələrini bu gün Facebook səhifəsindən bölüşüb. Turkustan.info Sevil xanımın qeydləriin təqdim edir: Allah Var, gam yox…. Bu dunya mərdləri də, namərdləri də ayird edən yerdir. Nəhayətdə, Divana çıxacağıq… Mənim Etimadım merd doguldu və mərd kişi olaraq […]

Baş onkoloq “Toppuş bacı”ya qəzəbləndi: “Sağalıb, amma özünü xərçənglə reklam edir”

Baş onkoloq: “Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, bəs nədən narazıdır?”“Hamının “Toppuş bacı” kimi tanıdığı aktrisa, əməkdar artist Tünzalə Əliyeva artıq sağalsa da, efirlərə çıxıb kömək istəyir. Axı, o, niyə özünü xərçənglə reklam edir?! Turkustan.info xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş […]

Broyleri “kənd toyuğu” adı ilə satanlar həbs olundu

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət […]

Dollara qarşı cəbhə elanı: İmtina artıq uzaq görünmür

Avropa İttifaqı rəsmiləri İranla ticarəti davam etdirmək üçün yeni ödəniş sistemi qurmaq haqda düşünür. ABŞ mayda Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdikdən sonra bir sıra şirkətlər də sözügedən ölkədən çıxmağa başladı. Buna baxmayaraq, sentyabrın 24-də Aİ və İran rəsmiləri BMT-də görüşərək birgə bəyanat qəbul ediblər. […]

Putin Bakıya niyə gəlir? – “… Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıya gələcək. Prezident bu dəfə Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək. V.Putinin səfəri öncəsi bəzi rusiyalı ekspertlər maraqlı proqnozlar verir.  Belə ki, siyasətçilər V.Putinin Bakıya səfərinin Azərbaycanla Rusiya arasında dialoqun aktivləşməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə biləcəyini düşünür.  “Azərbaycan və […]

Azərbaycanın ilk pullu yolu üçün ŞƏRTLƏR – Qiymət 3-5 manat ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov mətbuata açqlamasında bildirib ki, bu ilin sonunadək yeni açılan Ələt-Astara yolunun 31-ci km-dən başlayaraq 204-cü km-nə kimi məsafə ödənişli olacaq.  Bu ilin sonunadək istifadəyə veriləcək Azərbaycanın ilk ödənişli yolunda qiymətin nə qədər olacağı hər bir vətəndaş üçün maraqlıdır. Turkustan.info bildirir ki, Modern.az məsələnin […]

ADAU-nun rektoru bu dəfə Baytarlıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu dəfə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. Universitetin mətbuat xidmətinini xəbərinə görə görüşdə prorektor, dekan və şöbə müdirləri də iştirak edib.  Tələbələr qarşısında çıxış edən rektor İbrahim Cəfərov deyib ki, siz universitetimizdə təhsil aldığınız […]

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi

İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmənazadlığa buraxılıb.  Turkustan.info 0xu.az-a istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib. “Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, – Umut […]

“Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq” – MÜDAFİƏ NAZİRLİYİMİZ

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur. Turkustan.info xəbər verir ki, bu ifadələr Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib. “Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə […]

Türkiyə ordusunun polkovniki Məmməd Qazax

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyə Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax haqqında məqalə yaradılıb. O,əvvəl Gülməmməd Gülməmmədov adı Azərbaycan Cümhuriyyəti ordusunun 3–cü süvari alayında zabit olaraq xidmət edib. Türkiyəyə mühacirət etdikdən sonra ad və soyadını Məmməd Qazax olaraq […]

Bu gün diaspora işimizdə bir SƏFƏRBƏRLİK ab-havası var

Doğrudur, son illər müəyyən çabalar müşahidə olunur, Azərbaycan dövləti özünün maraqları olan ölkələrdə dayaqlarını formalaşdırmağa cəhdlər göstərir və buna nail olduğu yetərincə ünvanlar da var. Amma bu işdə əsas gücün dövlətin üzərinə salınması ən yanlış qənaətdir. Əslində xaricdə yaşayan hər bir soydaşımız özünü Azərbaycanımızın elçisi, təmsilçisi kimi hiss etməyə məhkumdur. […]

Düşmən Qarabağda aviasiya uçuşlarına başladı – VİDEO

Ermənistan ordusunun aviasiya bölmələri Qarabağda təlim uçuşları keçirir. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsi 25-28 sentyabr tarixləri arasında Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları keçirəcək. Demokrat.Az erməni KİV-lərinə istinadla xəbər verir ki, artıq sentyabrın 25-də Ermənistana […]

Banklar barəmizdə hökm verib, həm də bizim razılığımız olmadan

“Limitlər yalnız kart sahibinin razılığı olduqda tətbiq edilə bilər. Əgər kart sahibinin razılığı yoxdursa, bank tərəfindən limitlərin müəyyənləşdirilməsi yolverilməzdir”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bankomatdan pul çıxarma limitlərindən danışarkən deyib. Onun sözlərinə görə, limitlər o zaman müəyyənləşdirilə bilər ki, kart sahibi həmin limitlərin müəyyənləşdirilməsi ilə bağlı razılığını bildirsin: […]

Azərbaycanda yeni qurum yaradılır – QƏRAR

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında qərara dəyişikliklər edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli […]

“Azerspace-2” peyki orbitə buraxıldı – VİDEO

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Turkustan.info xəbər verir ki, “Azerspace-2” orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib.  Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb. Qeyd edilib ki, “Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, […]

Bakıya uçan təyyarədə bomba həyəcanı

Novosibirsk-Bakı aviareysinin sərnişini stüardessaların onu biznes sinfinə keçirməkdən imtina etmələrinə görə təyyarəni parlatmaqla hədələyib. Turkustan.info-nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Sibir Federal Dairəsi məlumat yayıb. “Hadisə yerinə cəlb edilən polis əməkdaşları müəyyən ediblər ki, 51 yaşlı Krasnoyarsk sakini ekonom sinifdən biznes sinfə […]

Orta məktəblərdə qiymətləndirmədə YENİLİK

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib. Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr […]

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib. Turkustan.info Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: “Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”. Xatırladaq ki, N.Şirəliyeva 1974-cü […]