Ayaqlarını geniş açaraq oturan kişilərə maraqlı cəza – VİDEO

Rusiyada kişilərin ayaqlarını açaraq oturmasından narahat olan bir qadın onlara özünəməxsus cəza verib.

Turkustan.info xəbər verir ki, gənc qadın metroda əlindəki şüşə ilə ayaqlarını ayıraraq oturan kişiləri cəzalandıraraq üstlərinə yuycu tozlu su qarışığı töküb.

Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə edən qadınların ən böyük problemi ayaq üstə getməkdən çox oturduqları zaman yanındakı kişinin ayaqlarını geniş açaraq oturmasıdır.

/Moderator.az/