Azərbaycan diasporunda “İsveç uğuru”

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk Turkustan.info-ya “İsveç uğuru” ilə bağlı açıqlama verib.

O bildirirb ki, xaricdə yaşayan soydaşlarımızın seçkili və idarəetmə orqanlarında təmsil olunması və ya yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiya etmələri diaspordan ciddi nəticələr verə bilər. Bu gün soydaşlarımız xarici ölkələrdə seçkili orqanlarda öz güclərini sınayırlar. Hətta uğur da qazanırlar. 

Son günlər İsveç Krallığından soydaşlarımızla bağlı yaxşı xəbərlər alırıq. Beləki İsveçdə baş tutan parlament və bələdiyyə seçkilərində 6 soydaşımız seçkilərdə uğur qazanıblar. Azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili, İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili, Turan Əliyev “Mərkəz” Partiyasından Partille bələdiyyəsində, Fərəc Quliyev Stokholm şəhərinin Solna bələdiyyəsində, Vüsal Quliyev Stokholm şəhərinin Haninge bələdiyyəsində məclis üzvləri seçiliblər.

Bildiyim qədər Azərbaycan diaspor tarixində hələ bu qədər nəticə olmamışdı. Azərbaycan diaspor tarixinin yaşı böyük olmasa da, bu effektiv uğur kimi qəbul olunmalıdır. Bunu Azərbaycan diasporunda “İsveç uğuru” kimi qiymətləndirmək olar. Uğurlu prosesin gələcəkdə artım üzrə davam edəcəyi gözlənilir. Həm də bu hal digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmasına müsbət təsirini göstərə bilər. Onları seçkili orqanlarda təmsil olunmalarına stimul verər.

Bu yaxınlarda İsveçdəki Azərbaycan icmasının üzvləri ilə söhbət edirdim. Onlar İsveçdə Azərbaycan icmasında canlanmanın müşahidə olunduğunu və gənclərin siyasi proseslərdə fəallaşacaqlarını xəbərini verdilər. Buna sevinməmək olmur. Onlar İsveçin maraqlarını nə qədər qorusalarsa da, ism və soyadları Azərbaycanla bağlıdır.

29 Baxılıb