“Azerspace-2” peyki orbitə buraxıldı – VİDEO

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Turkustan.info xəbər verir ki, “Azerspace-2” orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. 
Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb.
Qeyd edilib ki, “Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

/BakuPost/