“Cənnətdə təkrar qovuşmaq ən böyuk arzumdur” – Sevil Nuriyeva yazdı

Tanınmış telejurnalist Sevil Nuriyeva ötən həftə İstanbulda qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılovla bağlı düşüncələrini bu gün Facebook səhifəsindən bölüşüb.

Turkustan.info Sevil xanımın qeydləriin təqdim edir:

Allah Var, gam yox….
Bu dunya mərdləri də, namərdləri də ayird edən yerdir. Nəhayətdə, Divana çıxacağıq… Mənim Etimadım merd doguldu və mərd kişi olaraq bu aləmi tərk etdi.
Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur.

Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, abdəstli və ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun canımın içi.

Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə sənə sözümdür: hamısı olacaq… Bu gün dostlarından, dostlarımdan mülk və yasin surəsi oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əskik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəsəkkürəm. Allah sizləri qorusun və dərd verməsin.
Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allahım üçün, Məfkurəm üçün, davam üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəm.

Açım dərin və heç dinməyəcək. Amma Cənnətdə qovuşanadək, dua edəcəm Etimad… Səninlə fəxr etdim hər zaman… Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir ƏZİZİM. Arxanda qoyduğun Mərd Adam adı üçün sağ ol Canım. İlyasa buraxdıgın ən qiymətli miras budur. Məni gözlə əzizim. Vaxt tamam olanda Allah Cənnətində qovuşduracaq, İnşallah.
Not. Sənə alçaqca, qorxaqca, şərəfsizcə saldıran pislik isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükrlər olsun. Və Türkiyə dövlətinin ədaləti hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cezasını İlahi ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm.