Düşmən Qarabağda aviasiya uçuşlarına başladı – VİDEO

Ermənistan ordusunun aviasiya bölmələri Qarabağda təlim uçuşları keçirir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsi 25-28 sentyabr tarixləri arasında Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları keçirəcək.

Demokrat.Az erməni KİV-lərinə istinadla xəbər verir ki, artıq sentyabrın 25-də Ermənistana məxsus SU-25 hərbi döyüş təyyarələri Xocalı hava limanına eniş ediblər. Bu döyüş təyyarələri 27 sentyabr tarixindən etibarən təlim uçuşları həyata keçirəcəklərini bildirir. 

“Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
Bu ifadələr Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.
“Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək,- deyə bəyanatda bildirilib.

Erməni mediası isə hələki təlimlərlə bağlı köhnə kadrları yeni kimi təqdim etməyə başlayıb.