Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib.

Turkustan.info Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: “Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N.Şirəliyeva 1974-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyib. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskvaətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskfaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar keçirilib.

1997-ci ildə Nərmin Şirəliyeva məşhur rejissor Yevgeni Qinzburqla ailə həyatı qurub. Cütlüyün Aleksandr adında bir oğulları var.

İngilis və fransız dillərini bilir.  /Virtualaz.org/