Gün: Sentyabr 27, 2018

ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək. Bu yenilik ötən gün təsdiqlənən “2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub. Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Bu, ötən gün […]

Paşinyandan üz çevirən Putinin Bakı səfəri İrəvanda ŞOK YARATDI – Erməni şərhçi bütün DETALLARI AÇDI

Rusiya prezidentinin Azərbaycana bugünkü səfəri, ümumilikdə iki ölkə arasında olan yüksək səviyyədə münasibətlər Ermənistanda həyacanla izlənilir. Dünən jurnalistlərlə görüşünün gedişatında işğalçı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini, müzakirənin bu istiqamətində davam etdiyini bildirsə də, erməni KİV-i rəsmi İrəvanı yalan danışmaqda ittiham […]

Azərbaycan yeni DƏHŞƏTLİ RAKET İSTEHSAL ETDİ: Süzən bomba – FOTO

“ADEX-2018” Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan süzən aviasiya bombası nümayiş olunub. Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, aviabomba stasionar hədəfləri məhv etmək üçün özütuşlanan silahdır. 50 kiloqram kalibrli aviabombanın uçuş məsafəsi təyyarə uçuş sürəti və atma hündürlüyündən asılı olaraq minumum 10 min metr, maksimum isə 60 […]

Rusiya ilə İsrail yenidən “soyuq müharibə”də

“Soyuq müharibə”nin başa çatmasından sonra Rusiya ilə İsrailin münasibətlərində gərginlik müşahidə olunmayıb. Hətta ABŞ-ın Yaxın Şərqdəki birinci dərəcəli strateji müttəfiqi olmasına rəğmən bu amil son illər rəsmi Moskva ilə İsrailin münasibətlərinə mənfi təsir göstərməyib. Son illər Rusiyanın Yaxın Şərqdə İsrailin əsas rəqibləri  olan İran və Türkiyə ilə müttəfiqlik alyansı qurması […]

Qazaxda polis şöbəsindəki ölüm faktına görə 1 nəfər HƏBS EDİLDİ

Sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Turkustan.info bildirir ki, Daxili […]

Səhiyyə Nazirliyindən Bakıda vərəmin yayılması məlumatına MÜNASİBƏT

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib.  Turkustan.info bildirir ki, nazirlikdən BakuPost-a verilən məlumata görə, bu kimi yalnış informasiyalar əsassızdır. Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 […]

SON DƏQİQƏ: “Azərbaycan Ordusu düşməni məhv edir…” – Polkovnikdən AÇIQLAMA

“Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edib” Turkustan.info  Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu qoşunların qarşıdurma xəttindəki son vəziyyətini şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. O qeyd edib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusu məhv edib, bir neçə nəfəri isə ağır yararlanıb: “Hazırkı […]

Azərbaycan diasporu ilə Rusiyanın Arxangelsk vilayətinin həyata keçirəcəyi birgə layihələrə dair müzakirələr aparılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Turkustan.info xəbər verir ki, Dövlət Komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və […]

Tanınmış həkim Bəhram Sarıyev haqq dünyasına qovuşdu

Sarıyev Bəhram Bahadur oğlu, 1932-ci ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olmuşdur. 1949-cu ildə Kəlbəcər şəhər orta məktəbini bitirdikdən sonra, Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olunmuşdur. 1955-ci ildə universiteti qurtarıb iki il təyinat ilə Kəlbəcər rayonunda, 1957-ci ildən 1959-cu ilə kimi Mirbəşir rayonunda (indiki Tərtər) həkim-cərrah işləmişdir. Bəhram […]

Səbuhi Məmmədli yardım istədi: “Mənə kömək edin, yaşamaq istəyirəm”

Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb. Turkustan.info saytı xəbər verir ki, jurnalist səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib. O, xeyirxah insanlara müraciətində deyib: “Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt […]

“Whatsapp”dakı səsyazısı ilə bağlı – Nazirlikdən açıqlama

Son günlər “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarda ağır vərəm çöplərinin tapılması ilə bağlı yayılmış səs yazısına Səhiyyə Nazirliyi də münasibət bildirib. “Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhər baş ftiziatrı Yavər Şıxəliyev ölkədə vərəm əleyhinə aparılan tədbirlərlə bağlı məlumat verib: “Ölkədə, o cümlədən, Bakı şəhərində mütəmadi […]

Tütünün daha bir ziyanı üzə çıxdı — SİQARET ÇƏKƏNLƏRƏ XƏBƏRDARLIQ

Tütündən istifadə etmək ağ ciyər xərçəngi, astma, ağ ciyərin xroniki xəstəliklərinə səbəb olur.  Turkustan.info xəbər verir ki, bioloqlar tütün məmulatlarının daha bir ziyanını aşkar ediblər. Məlum olub ki, siqaret çəkmək eyni zamanda immunitet sistemini də zəiflədir.  “Çünki bir çox siqaret aludəçiləri kariesdən və ağız boşluğu xəstəliklərindən əziyyət çəkirlər. Buna görə […]

Bankların güzəşt edəcəyi aztəminatlı ailələr: Onlar kimdir? Açıqlama

Aztəminatlı ailələrə müəyyən bank xidmətləri pulsuz təklif oluna bilər. Bu, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulur.  “Baza bank xidmətləri paketi” adlanan xidmət növü olaraq Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaqlar. Proqrama görə, pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali […]

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir […]

“Ermənistan həbsxanasında mənimlə azərbaycanca danışdılar” – Umut

Ermənistanda iki ay həbsdə saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmen sərbəst buraxılaraq ölkəsinə göndərilib. Turkustan.info xəbər verir ki,  Umut Əli Özmen Türkiyə mətbuatına saxlanma şəraitindən danışıb: O bildirib ki, sərhədi bilmədən keçib. “Saxlananda vəziyyəti ciddiyə almadım. Ən azı bir günə məsələ həllini tapar, deyə fikirləşdim. Amma üzərimə silah tuşlananda […]

Erməni VƏHŞİLİYİ: ata 3 qızını zorladı – ŞOK TƏFƏRRÜAT

Narkotacir Mixail Xaçaturyanın ölümü ilə bağlı Moskvanın Basman əyalət məhkəməsində proses davam edir. Turkustan.info xəbər verir ki, Mixail Xaçaturyanın ölüm işini araşdırmış müstəntiq məhkəmədə atalarının ölümündə təqsirli bilinən Angelina, Mariya və Kristina bacılarının azadlığa buraxılmasını istəyib. Vəkil Pavel Çikov isə aralarında ən azyaşlı olan Mariyanın qeyd-şərtsiz buraxılmasını, digər bacıların isə […]

Rektor İbrahim Cəfərovun növbəti görüşü mühəndislik fakültəsinin 1-ci kurs tələbələri ilə olub

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun daha bir görüşü mühəndislik fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə olub. Görüşdə tələbələrlə yanaşı prorektor, fakültə dekanı və müəllimlər də iştirak edib.  Turkustan.info bildirir ki, Rektor İbrahim Cəfərov Mühəndislik korpusunda yaxşı və keyfiyyətli təhsil üçün hər şəraitin olduğunu […]

Avropa Məhkəməsi 8 il sonra Abdullah Öcalanla bağlı QƏRAR VERDİ

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın həbsxanada pis rəftar və işgəncə gördüyü barədə şikayəti yekdilliklə rədd edib. Turkustan.info “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, bu haqda AİHM-dən bildirilib. Öcalanın vəkilləri PKK liderinin olduğu İmralı həbsxanasında axtarış aparılan zaman nəzarətçilərdən pis rəftar və işgəncə gördüyü […]

Adnan Oktarın 30 illik “qara qutu”sundan DƏHŞƏTLİ ETİRAFLAR – FOTO

Adnan Oktarın qara qutusu Ece Koçun dünən gecə Silivri Həbsxanasından azad edildiyi öyrənilib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oktarın 30 illik müridi olan Ece Koç əhəmiyyətli məlumatlar verib. Adnan Oktarın beynəlxalq lobbi fəaliyyətlərindən məsul olan qadın imamın 78 səhifə ifadə verdiyi öyrənilib. 30 ildir ki, təşkilat içərisində olan Ece […]

Bağçalara pulsuz geyimlər paylanıldı – Eldar Əzizovdan GÖSTƏRİŞ

Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini, başçı vəzifəsini icra edən Eldar Əzizov qurumun tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunması ilə bağlı əmr imzalayıb. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi artıq E.Əzizovun […]

Bakıda avtomobil parklanması ilə bağlı YENİLİK edilir – Ödəniş nağdsız qaydada olacaq

Bakıda avtomobillərin parklanma haqları nağdsız qaydada həyata keçiriləcək. Turkustan.info-nun məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib. Sənəddə göstərilib ki, Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.  O cümlədən mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və […]

Bakı-Gəncə sürət qatarı nə vaxt istifadəyə veriləcək?

Bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub. Turkustan.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib. “Təxminən, 15 gündən sonra həmin istiqamətdə hərəkət edəcək sürət […]

ADAU-nun Aqronomluq fakültəsinin 1-ci kurs qız tələbələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin birinci kursuna qəbul olan qız tələbələri ilə görüş keçirilib. Görüşdə Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, fakültə dekanı Məhərrəm İsmayılov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova, Əməkdar müəllim Zemfira İsmayılova iştirak edib.   Əvvəlcə dekan Məhərrəm İsmayılov görüşün məqsədini […]

“Qarabağ mitinqi: Gəlin, savaş qərarı verək…” – Millət vəkili

Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədir. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqe tutsa, bu mitinqin ziyanı […]

FES-in artım qərarı dolları bahalaşdıracaq?

Federal Ehtiyatlar Sisteminin (FES) faiz artımı ilə bağlı verdiyi qərarın növbəti dövrlərdə dolların mövqeyinə dərin təsirləri olmayacaq. Turkustan.info bildirir ki,  Axar.az-a FES-in artım qərarını şərh edən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, FES ötən ilin sonunda 2018-ci il üçün dörd dəfə faizi artımı nəzərdə tutub: “Hər dəfə 0.25 faiz […]

Azərbaycanda 4-ə yaxın yeni İslam kolleci yaradılacaq

Bakıda və digər bölgələrdə 4-ə yaxın yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır. Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra kolleclər İlahiyyat […]

Estoniya mətbuatında “Azərbaycanda çörəyə ehtiramla yanaşırlar” başlıqlı məqalə çap olunub

Estoniyanın nüfuzlu “Postimes” qəzetində “Azərbaycanda çörəyə ehtiramla yanaşırlar” adlı məqalə çap olunub. https://reisile.postimees.ee/6405575/aserbaidzaanide-eriline-austus-kuulub-leivale?utm_source=facebook.com&utm_medium=button_article&utm_campaign=fb_social&utm_content=6405575 Bu barədə Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib. “Məqalə bütünlüklə Azərbaycan mətbəxinə həsr olunub. Məqalədə Estoniya Azərbaycan məktəbinin rəhbəri, R4 dalğalarında efirə gedən “Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva oxuculara Azərbaycan mətbəxinin zənginliyi ilə bağlı ətraflı […]

Azərbaycanda şok hadisə: Ata 11 yaşlı oğlunu basdırdı, anasından gizlətdi

Vaqif adlı şəxs boşandığı həyat yoldaşı Gülbənizin əlindən aldığı 3 oğlunu evi ola-ola zirzəmidə saxlayırmış. Turkustan.info xəbər verir ki, “Səni axtarıram” üzə çıxardıb ki, bunlardan xərçəng xəstəsi olan 11 yaşlı övladı dünyasını dəyişib. Atası ölən övladını basdırsa da, doğma anasına oğlunun dəfn olunduğu yeri bildirməyib. 3 aydır ana qəbiristanlıqlarda oğlunu […]

Putin Bakıya belə gəldi – FOTOLAR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Turkustan.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər […]

Vladimir Putin Azərbaycandadır

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Turkustan.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və […]

Azərbaycan və İsrail birgə pilotsuz uçan aparat istehsal edəcək

Azərbaycan yeni pilotsuz uçuş aparatı (PUA) istehsalına başlayıb. Turkustan.info “Trend”ə istinadla xəbər verir ki, “Pegasus 120” adlanan yeni PUA İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda “Azad Systems” müəssisəsində istehsal olunub. Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan “Pegasus 120” 75 kiloqramadək yükləri 40 kilometrə qədər məsafəyə daşıya və tam yüklü […]

ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsi olub

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris proqramında ustad dərslərinə də üstünlük verilir və bu dərslər tələbələrin seçdiyi ixtisaslara tam yiyələnməsində böyük rol oynayır. Ən əsası ustad dərsini keçən öz təcrübəsini bölüşür, qazandığı uğurun sirrlərini açıqlayır. ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə belə ustad dərslərindən biri də Aqrobiznes və idarəetmə fakültəsində […]

İqtisadi müharibənin Azərbaycana təsiri: Dalğa yaxınlaşır?

“Wall Street Journal”ın adını açıqlamadığı mənbələrə istinadən yaydığı xəbərinə görə, Çin ABŞ ilə ticarət danışıqlarından imtina edib. Məlumata görə baş nazirin köməkçisi Liu He gələn həftə Vaşinqtona göndərilməyəcək. Liunun ABŞ səfəri ərəfəsində Çindən orta səviyyəli bir nümayəndə heyətinin paytaxt Vaşinqtona səfər etməsi planlaşdırılırdı. Sözügedən xəbərə görə, həmin nümayəndə heyətinin səfəri […]

Makronla Ərdoğanın səmimiyəti – “Fransa Türkiyənin yanındadır”

Fransa prezidenti Emmanuel Makron Suriyada Türkiyəyə hörmət edilməsini bildirib. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, Nyu Yorkda BMT sammitində iştirak edən Fransa prezidenti jurnalistlərin suallarını cavablandırıb. Suriyada baş verənləri dəyərləndirən Makron Türkiyənin bölgədəki roluna diqqət çəkib: “Türkiyənin təhlükəsizliyi göz qarşısında olmalı və buna hörmət edilməlidir. Türkiyəyə qarşı şəffaflıq olmalıdır, çünki […]

Urmiya gölünün fotosu — İlin ən yaxşı fotosu seçildi

Ekoloji problemləri gündəmə gətirmək və qlobal istiləşmənin ölçülərini göz önünə sərmək məqsədi ilə hər il “İlin ən yaxşı ətraf mühit fotoqrafı” yarışması keçirilir. Turkustan.info “ölkə.az”a istinadən xəbər verir ki, bu ilin ən yaxşı fotoları da artıq seçilib. Dünyanın dörd bir tərəfindən fotoqrafların iştirak etdiyi müsabiqədə bu il iranlı fotoqraf Səid Məhəmmədzadə […]

Qazaxda polis şöbəsindəki ölümlə bağlı – AÇIQLAMA

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb. Turkustan.info xəbər verir ki, komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub: “E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai […]

ABŞ F-35-ləri döyüşə çıxarır – İlk dəfə

ABŞ-ın F-35B təyyarəsi Somalidə kəşfiyyat uçuşu həyata keçirib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb. Məlumata görə, təyyarə yaxın bir neçə gündə ilk dəfə olaraq Əfqanıstandakı terrorçuların mövqelərinə zərbə endirilməsində iştirak edəcək. Bunun üçün F-35B-lərin yerləşdiyi ABŞ-ın “USS Esseks” gəmisi Ədən körfəzindən Ərəb dənizinin şimalına doğru yollanıb. Qeyd […]