Adnan Oktarın 30 illik “qara qutu”sundan DƏHŞƏTLİ ETİRAFLAR – FOTO

Adnan Oktarın qara qutusu Ece Koçun dünən gecə Silivri Həbsxanasından azad edildiyi öyrənilib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oktarın 30 illik müridi olan Ece Koç əhəmiyyətli məlumatlar verib.

Adnan Oktarın beynəlxalq lobbi fəaliyyətlərindən məsul olan qadın imamın 78 səhifə ifadə verdiyi öyrənilib. 30 ildir ki, təşkilat içərisində olan Ece Koçun Adnan Oktarın göstərişləri əsasında həyat yoldaşından ayrıldığı və uşağını 25 ildir görmədiyi ortaya çıxıb. Dünən Silivri Həbsxanasından azad edilən qadın 25 ildir görmədiyi oğluna qovuşub.

Təşkilatın İsrail, ABŞ və FETÖ əlaqələri haqqında mühüm bəyanatlar verən Ece Koç Türkiyəyə gələn israilli din xadimləri ilə bağlı etiraflar edib.

Ece Koçun ifadəsində təşkilatın turniket sistemi, qadınları kölələşdirmə və kiçik yaşda qız uşaqlarına təcavüz olunması haqqında mühüm etiraflar etdiyi də deyilir.

Qadın ifadəsində onu da bildirib ki, Adnan Oktarın vəkilləri vasitəsilə həbsxanada təşkilatı idarə edib və təşkilat üzvlərini əyləndirib.