Urmiya gölünün fotosu — İlin ən yaxşı fotosu seçildi

Ekoloji problemləri gündəmə gətirmək və qlobal istiləşmənin ölçülərini göz önünə sərmək məqsədi ilə hər il “İlin ən yaxşı ətraf mühit fotoqrafı” yarışması keçirilir.

Turkustan.info “ölkə.az”a istinadən xəbər verir ki, bu ilin ən yaxşı fotoları da artıq seçilib.

Dünyanın dörd bir tərəfindən fotoqrafların iştirak etdiyi müsabiqədə bu il iranlı fotoqraf Səid Məhəmmədzadə qalib gəlib. İrandakı Urmiya gölündə saya oturmuş gəminin fotosunu çəkən Məhəmmədzadə iqlim dəyişikliyi zamanı baş verən quraqlığı gözlər önünə sərib. Okean suyundan 8 dəfə daha çox duzlu olan Urmiya gölü bənd və suvarma layihələri səbəbindən quruyur.