Gün: Sentyabr 28, 2018

Çox şadam ki, Azərbaycan lideri ilə danışa bildim – Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkələrarası 3 məqamı müzakirə etdik. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan MDB ölkələrinin Düşənbədə keçirilən iclasında Prezident İlham Əliyevlə ayaqüstü görüşü haqda öz Feysbuk səhifəsində yazıb. “Görüş rəsmi deyildi və biz ilk dəfə danışırdıq”, – qeyd edən Paşinyan vurğulayıb ki, Rusiya […]

Aşurada qan verdi… 1 nəfərdə SPİD, 76 nəfərdə sifilis çıxdı – Bakıda

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.  Turkustan.info Azadinform-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.   Məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi […]

Azərbaycanda rüşvətxor məmurlar həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları həbs edilib. Turkustan.info-nun xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə açıqlamada deyilir. Məlumatda bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən […]

İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu – VİDEO

İndoneziyanın Sulavesi adasında 7,4 maqnitudalı zəlzələdən sonra güclü sunami əmələ gəlib.  Turkustan.info “Reuters”ə istinadən xəbər verir ki, hündürlüyü iki metrə çatan dalğa sahildəki tikililəri dağıdıb, kiçik gəmini okeana aparıb.  Bununla belə zərərçəkən olmayıb.  Qeyd edək ki, Sulavesidə zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla adam xəsarət alıb. Əhalinin təxliyə edilməsi prosesi davam […]

İlk azərbaycanlı dünya çempionu Aydın İbrahimovla görüş keçirilib

Sentiyabr ayının 27-disində ilk azərbaycanlı dünya çempionu Aydın İbrahimovla güləş mərkəzində görüş keçirilib. Tarixi şəxsiyyəti gənc nəsilə təqdim edən  Azərbaycan Güləş Federasiyası vitse-prezidenti Elçin Cəfərov bildirib ki, Aydın İbrahimovun bu il 80 yaşı tamam olub. Gənc güləçiləri görüb öz uşaqlığını xatırlayan yublar idmanımıza olan dövlət qayğısından danışıb. Görüş zamanı gənc […]

“Azercell” Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

Azercell media nümayəndələri üçün ingilis dili kurslarını bu il də davam etdirir. Azərbaycanda KİV nümayəndələrinin inkişafına,onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçininingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC bu il də jurnalistlər üçün ingilis dili kurslarını təşkil edir. Oktyabr ayında […]

Prezidentdən Zakir Qaralovla bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti […]

Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı

Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür. Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən, həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən […]

Putin Əliyevlə görüşü zamanı Ermənistanda rus ordusunu NİYƏ AYAĞA QALDIRDI? – ŞOK SƏBƏB

Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin təfərrüatı məlum olmasa da, Putinin Azərbaycan torpaqlarında Prezident İlham Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın atılması diqqət çəkir. Turkustan.info xəbər verir ki, Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşması ötən ilin […]

Paşinyanı niyə MDB liderlərinin stolunda tək OTURTDULAR?

Ermənistan baş naziri Nikol Paşinyanın Tacikistanda MDB ölkələrinin rəhbərləri üçün hazırlanmış stolda tək oturmasına rəsmi şərh verilib. Turkustan.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan XİN-nin mətbuat xidmətindən verilən açıqlamada deyilib ki, yemək masasında liderlər ölkələrin adlarına uyğun əlifba sırası ilə oturmalıydılar. Ermənistan XİN mətbuat xidmətinin rəisi Tiqran Balayan “yemək masasında […]

Putin Nikolun görüş istəyini niyə rədd etdi? – Kuznetsov

Turkustan.info rus tarixçi və analitik Oleq Kuznetsovla müsahibəni təqdim edir: – Putin Ermənistan səfərindən niyə imtina etdi? – Mən buna “imtina” deməzdim. Razılaşdırılmış səfərdən imtina əlaqələrin pozulması üçün güclü diplomatik demarşdır. Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki böhran bu qədər dərin deyil. Mən buna daha çox “səfərin təxirə […]

Qazaxda oğlanın polis tərəfindən döyülərək öldürüldüyü təsdiqləndi – HƏBS EDİLƏN VAR – RƏSMİ

Baş Prokurorluq Qazaxdakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Turkustan.info bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları […]

XİN-dən Avroparlamentin üzvünün Qarabağa qanunsuz səfəri ilə bağlı – AÇIQLAMA

Azərbaycan XİN Ermənistan mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət […]

Nazir: “Saxta əlillik təyinatları ləğv edilir”

“Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir”. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. “Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi […]

İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü söhbətləşdi – İLK DƏFƏ – VİDEO

Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas baş tutub. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin liderləri əlifba sırası ilə yanaşı dayanıblar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı durmalı olub. […]

Nazirlik hərbi zavoddakı yanğınla bağlı məlumat yaydı – Yaralılar var

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib. Yanğın qısa müddətdə zavodun […]

Elçibəyin qardaşı oğlu ailəsi ilə birlikdə Abşeron rayon prokurorundan Baş Prokurora şikayət etdi

Eks Prezidentin qardaşı oğlu Əliyev Ayturan və yoldaşı Fərəcova Gülnarə Abşeron Rayon Prokurorluğunda baş vermiş qanunsuzluqlardan təngə gəldiklərni və Baş Prokurora müraciət etdiklərni bildirirlər. İmzalanmış şəkildə redaksiyamıza təqdim olunan müraciətdə deyilir:        “Hörmətli Zakir müəllim,        Bizə aid olan mənzili dələduzluq yolu ilə başqa şəxslərə sataraq mənimsəmiş “AFŞARAN-A”MMC  tikinti şirkətinin […]

“Tank” ləqəbli kikboksçu Xəyal Əhmədov döyüşə çıxır

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Boxum şəhərində döyüşə çıxacaq. Xəyal Əhmədov rəqibi Lukas Boçenski qarşı döyüşəcək. Döyüş ruhrconqress adlı yerdə olacaq. “İnanıram ki,döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni […]

DİQQƏT! Şəxsi yazışmalarınız İZLƏNİLİR – VİDEO

“Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” Sualı son zamanlar ən actual mövzulardan birinə çevrilib. ARB TV-nin “Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb. Məsələn “Messenger”də kiməsə “mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə […]

Köçəryan Nikola qarşı hərəkat yaradır

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aktiv görüşlər keçirməyə başlayıb. Turkustan.info xəbər verir ki, “Joxovurd” qəzeti Köçəryanın bununla növbədənkənar seçkidən öncə yeni qüvvə formalaşdırmaq istədiyini yazıb. “Köçəryan bu dövr ərzində Milli Razılaşma Partiyasının rəhbəri Aram Arutyunyan, Razılaşma Partiyasının sədri Sərkis Avetisyan, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsqulyanla görüşüb. Maraqlı olan digər məqamı […]

ADAU-da “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunan  “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib. Universitetin mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə konfransın məqsədi Azərbaycanın görkəmli alimi, tanınan ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm […]

Bu ərazilərdə işıq olmayacaq

Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək. “Azərişıq” ASC-dən  verilən məlumata görə, bu gün saat 12:00-dan 14:30-a qədər Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.  /Oxu.Az/

YAP-cı deputat “Qarabağ mitinqi”ni DƏSTƏKLƏDİ: “İqtidarlı, müxalifətli hamı mitinqə qoşulmalıdır!”

Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatınıən (QAT) təşəbbüsü ilə keçiriləcək, və  bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu “Qarabağ  mitinqi”nə icazə verib.  Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Təşkilatçılar bəyan ediblər ki, 29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan […]

Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi – TƏFƏRRÜAT

entyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər ölüb, digəri ölümcül yaralanıb. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb. Turkustan.info Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb. Şamaxı rayon […]

Elmar Vəliyevə qarşı sui-qəsdə dəstək verənlər müəyyənləşdirilib – Baş prokuror DANIŞDI

Baş prokuror Zakir Qaralov Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb. Turkustan.info xəbər verir ki. Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib. Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər […]

Baş nazirdən qərar: Elçin Əfəndiyevi Əli Həsənov əvəzləyəcək

Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib. Turkustan.info saytı xəbər verir ki, qərara əsasən, Komissiyaya sədrlik etmək Baş nazirin müavini Əli Həsənova həvalə olunub. İndiyə kimi isə sədr vəzifəsini Baş nazirin sabiq müavini Elçin Əfəndiyev icra edirdi. Qeyd edək ki, gələn il – […]

Səlim Müslümova yeni vəzifə verildi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb. Turkustan.info bildirir ki, eks-nazirin dostları Modern.az-a bildiriblər ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim vəzifəsinə təyin olunub. Bildirilib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır. “Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. […]

Antiinhisar siyasəti aparan qurumların səlahiyyətləri artırılır

Antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətləri artırılır. Turkustan.info-nun məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib. Sənəddə bildirilib ki, antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətlərinin artırılması istiqamətində təkliflər hazırlanacaq. Bu təkliflər qurumlar tərəfindən inhisarçılıq  fəaliyyətinin qarşısının […]

Havalar soyudu: Bakının 2 rayonu yenə qazsız qalacaq- XƏBƏRDARLIQ

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.  Cebhe.info xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB)  bildirilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü […]

Gizli obyektlərdə nüvə silahı hazırlanır: Kəşfiyyatın bildiyi sirr açıldı: İsrail fotoları dünyaya göstərdi

İsrailin baş naziri Binyanmin Netanyahu İranın nüvə silahı hazırlaması barədə dünya ictimaiyyətinə xəbərdarlıq edib.  Turkustan.info xəbər verir ki, İsrail baş naziri İranın həmin nüvə silahını Tehrandakı gizli obyektlərdə hazırladığını deyib. Netanyahu bu barədə ən yüksək kürsüdə- BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib. O, həmçinin nüvə silahı hazırlanan obyektlərdə çəkilən fotoları da […]

Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz… – Nikoldan şok

“Ermənistanın səsi” özünün dünənki buraxılışında hansısa bir tarixçinin “Qəhrəmanlıq tarixini unutmaq” adlı məqaləsini dərc edib. Məqalədə müəllif “Erməni xalqının qəhrəmanlıq keçmişi haqqında əfsanələr”ə şübhə ilə yanaşır, doğulan gündən ermənilərin ağıllarına yeridilən və soylarından gələnlərə yalnız soyqırım, alçaldılma, satqınlıq və əxlaqsızlıq ehtiyatı kimi şeyləri miras qoyan “ermənilərin əcdadlarını tərif və tərənnümü” […]

Ermənistanı şoka salan bacılar AZADLIQDA – Avtoritet atalarını doğramışdılar

Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib. Turkustan.info yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 17 yaşlı Mariya, 18 yaşlı Angelina və 19 yaşlı Kristinaya qarşı qətimkan tədbiri dəyişdirilib. Hüquq müdafiəçisinin sözlərinə görə buna səbəb […]

Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib. Turkustan.info-nun məlumatına görə, bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 139-6 nömrəli qərarının məxfiliyinin açılması […]

Azərbaycanlı avtoritet evləndi – VİDEO

Bir müddət əvvəl həbsdən çıxan, kriminal aləmdə “Səməndər Gəncinski” kimi tanınan kriminal avtoritetin toyu olub. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, onun bəy maşını kimi istifadə etdiyi avtomobilin bəzəyi diqqət çəkib. Belə ki, maşının nömrə yerinə “Qədeş, toyun mübarək” yazılıb. Bundan başqa avtomobilin arxa şüşəsinə “AUE” (арестантский уклад един – […]

İrandan İsrailə sərt xəbərdarlıq

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrailə xəbərdarlıq edib. Turkustan.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, o, Suriya ərazisində olan obyektlərə zərbələrin endirilməsinin İsrailə baha başa gələcəyini bildirib: “İsrail Suriya ərazisində terrorçulara dəstək verir, eyni zamanda onlara qarşı mübarizə aparan qüvvələrə zərbələr endirir. İsrail bu cür davam etsə, onu peşman edəcək reaksiya […]

Aİİ ilk tədris ilinə uğurla başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilk tədris ilinə uğurla başlayıb. 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayan Aİİ-də dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.  İnstitutda tələbələrin keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradılıb. Sinif otaqları müasir dövrün tədris metodikasına uyğun avadanlıqla […]

Azərbaycan-Rusiya hesablaşmalarında dollardan imtina edilir?

Azər Talıbov: Rusiya-Azərbaycan arasında hesablaşmaların milli valyutada aparılması üçün bütün imkanlar var Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi üçün infrastruktur hazırdır.  Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.  Talıbov qeyd edib ki, hazırda biz bir neçə qrup məhsul […]