Azərbaycanlı avtoritet evləndi – VİDEO

Bir müddət əvvəl həbsdən çıxan, kriminal aləmdə “Səməndər Gəncinski” kimi tanınan kriminal avtoritetin toyu olub.
Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, onun bəy maşını kimi istifadə etdiyi avtomobilin bəzəyi diqqət çəkib. Belə ki, maşının nömrə yerinə “Qədeş, toyun mübarək” yazılıb. Bundan başqa avtomobilin arxa şüşəsinə “AUE” (арестантский уклад един – Məhkumun yolu birdir) yazılması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Səməndər Gəncinski” mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olub.