“Tank” ləqəbli kikboksçu Xəyal Əhmədov döyüşə çıxır

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Boxum şəhərində döyüşə çıxacaq.

Xəyal Əhmədov rəqibi Lukas Boçenski qarşı döyüşəcək. Döyüş ruhrconqress adlı yerdə olacaq. “İnanıram ki,döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə öyrənirəm.

Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”,-deyə idmançı qeyd edib.

Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.