Gün: Sentyabr 29, 2018

Kişilərdə impotensiyanın ilkin əlamətləri və səbəbləri

Əgər bir kişidə potensiya, cinsi zəiflik başlayarsa, o, özünə qapılıb, dərdini heç kimə deməz, yaxın dostundan başqa. Turkustan.info medicina.az-a istinadən bildirir ki, çox kişilər bununla barışmaz, etiraf etməz, hətta müalicədən də imtina edər. Sadəcə aptekə girib, mövcud olan dərmanları atmaqla guya düzələcəyinə ümid edər. Latıncadan “potentia” – güc, qüvvə kimi tərcümə […]

Kürəkdə sızanaq əmələ gəlməsinin səbəbləri

Bu gün civzə ən geniş yayılmış dəri problemlərindən biridir. Yetişkənlik dövründə əksəriyyətimiz üzdə və bədənin müxtəlif nahiyələrində sızanaq və cizvə problemi ilə üzləşirik. Lakin bu, bəzi insanlarda yetkinlikdən də sonra da müşahidə oluna bilər. Əgər sızanaq problemini müalicə etməsəniz, onlardan sonra dəridə çapıqlar və ya tünd ləkələr hələ uzun müddət […]

“Dollardan imtina edilməsi ABŞ-ı zəiflədəcək” – Lavrovdan ABŞ-a gözdağı

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə ölkənin ABŞ dollarından imtina etməsinin ABŞ-ı zəiflədəcəyini bildirib. Turkustan.info DHA-ya istinadən xəbər verir ki, Lavrov ABŞ-ın qlobal valyuta və maliyyə sistemində dollardan sui-istifadə etdiyi üçün digər ölkələrin də qabaqlayıcı tədbirlər gördüyünü söyləyib: “Gələcəyini düşünən bütün ölkələr bu asılılıqdan çıxmaq üçün yollar axtarmağa […]

“Ərəb NATO”su yaradılır, amma kimə qarşı?

Bu hərbi alyansın əsas missiyası bölgədə İrana qarşı mübarizə aparmaq olacaq  ABŞ dövlət katibi Mayk Pompeo Bəhreyn, Misir, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, görüşdə Yaxın Şərq Strateji Alyansı (MESA) adlı yeni hərbi blokun yaradılması […]

Arıqlamaq istəyənlərin diqqətinə: Hər gün bu yeməyi yeyin

Oksford Universiteti (Böyük Britaniya) alimləri arıqlamaqla bağlı yeni araşdırma aparıblar. Turkustan.info “BMJ jurnalı”na istinadən xəbər verir ki, araşdırma nəticəsində “duru pəhriz”in arıqlamaq üçün ən yaxşı üsul məlum olub. Bu pəhrizin əsasını müxtəlif şorbalar təşkil edir. Belə ki, araşdırmada piylənmədən əziyyət çəkən 278 pasiyent iştirak edib. 8 həftə ərzində onlar “duru pəhrizə” […]

Şəhərdə həkim xəstəni “ipoteka” sözünə görə döydü

Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb. Turkustan.İnfo xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq “kredit” əvəzinə “ipoteka” kəlməsini işlədib. Bu da […]

Kişilərdə olan bu hallar XƏRÇƏNG ƏLAMƏTİDİR – MÜTLƏQ OXUYUN!

Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər. Turkustan.info Publika.az-a istinadən bu yazıda oxucuları kişilərdə rast gəlinən xərçəng əlamətləri ilə tanış edir: Testislərdə dəyişikliklər Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal […]

Türkiyə ordusu ağır itki verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında aparılan hərbi əməliyyat zamanı ağır itki verib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub. Daha 4 hərbçi isə yaralanıb. Baş Qərərgahdan edilən şərhdə də Şimali İraqdakı əməliyyatlarda əl istehsalı bir partlayıcı qurğunun partlaması nəticəsində bir əsgər öldüyü […]

İranda yüzlərlə insan spirtli içkidən zəhərlənib, 24 nəfər ölüb

İranın bir neçə vilayətində yüzlərlə insan spirtli içkidən zəhərlənib. Bu barədə ISNA agentliyi xəbər verib. Fövqəladə xidmətlərin nümayəndəsinə istinadən yayılan məlumata görə, Şimali Xorasan, Hürmüzqan, Kohqiluyə və digər vilayətlərdə spirtli içkidən 290 nəfər zəhərlənib. Onlardan 24-ü ölüb. Qeyd edilir ki, ölkədə spirtli içkidən istifadə qanunla qadağan edilib.   /faktor.az/

Qarabağ mitinqində kimlər iştirak etdi? – Rəsmi

Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Turkustan.info xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, saat 15.00-dan 17.00-dək […]

Azərbaycanda siqaretin qiyməti QALXDİ

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb. Belə ki, bu gün günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb. Turkustan.info bildirir ki, A24.Az-ın marketlərdə müşahidə aparan əm əməkdaşı xəbər verir ki, məsələn, “LD” markalı siqaretlərin qiyməti 30 qəpik, […]

Qarabağ mitinqinin iştirakçı sayı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Bu haqda Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan […]

Qarabağla bağlı mitinq heç nəyi həll etmir – Deputat

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti qarşısında duran proritet məsələdir və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə qətiyyətli siyasət aparılır. Turkustan.info bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan dövləti bu istiqamətdə hər zaman qəti mövqe nümayiş etdirir və münaqişənin yalnız […]

“Paşinyana tənqidi münasibət bəsləsə də… ” Politoloq Putinin Azərbaycana səfərini şərh etdi

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və verdiyi açıqlamalar nə ilə yadda qaldı? Turkustan.info xəbər verir ki, bu sualı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. Poliq bildirib ki, birincisi, Rusiya prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də gəlməli idi, ancaq iki gün sonra gəldi: “Bundan başqa səfərin 3 gün […]

Zakir Həsənov ordu rəhbərliyini topladı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 29-da Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə […]

İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin ŞƏRHİ

“İndiki mərhələdə Azərbaycan və Ermənistan arasında razılaşmaların olması real deyil”. Turkustan.info bildirir ki, bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. O diqqətə çatdırıb ki, danışıqların davam etdirilməsi üçün hər iki tərəf bu məsələdə niyyətli olmalıdır: “Ermənistanın təxribatları davam edəcək. Nikol Paşinyana hakimiyyəti gücləndirmək üçün xarici düşmən obrazı lazımdır. Baş […]

Namiq Dəlidağlı: “Şairlik ruhi xəstəlik deyil ki, onu hər an, hər dəqiqə canında gəzdirəsən” – MÜSAHİBƏ

“Şairlər bəşəriyyətin ən məsum hissəsidir” deyirlər. Hələ bu məsumluğa bir az da payız kövrəkliyi qarışsa, o yaradıcı insanın misralarını bahar xiffətli xəzan yarpağı ilə müqayisə edə bilərik. Bu nisgili, kədəri şeirlərində daşıyan insanlardan biri gənc (özü gənc olmasa belə) şair Namiq Dəlidağlıdır. Öncə kiçik bir xatırlatma verərək demək istəyirəm ki, […]

Həmyerlimiz Samara vilayətinin yüksək mükafatına layiq görülüb

 “Samara Vilayəti Azərbaycanlıları Liqası” İdarə Heyətinin sədri, Rayon İctimai Palatasının üzvü Şirvan Kərimov “Samaranın inkişafındakı xidmətlərə görə fəxri nişanına layiq görülüb. Turkustan.info xəbər verir ki, həmyerlimizin mükafatlandırılması Samara Vilayətinin İctimai Palatasının 10 illiyinə həsr olunmuş “Regionda vətəndaş cəmiyyəti institutlarının inkişafında Samara Rayon İctimai Palatasının rolu” mövzusunda keçirilən konfransda reallaşıb. Yerli […]

XəbərAl.az saytının 4 yaşı tamam oldu

Bu gün XəbərAl.az saytının fəaliyyətə başlamasından 4 il ötür. 2014-cü ilin sentyabr ayının 28-də oxucularla görüşə gələn XəbərAl.az saytının mövzuları, respublikada və dünyada gedən ictimai-siyasi proseslər haqqında dünya ictimaiyyətini obyektiv xəbərdar etmək, Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar vermək, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim […]

Evdən qaçan gəlinin qarşısında qaynanası diz çökdü – VİDEO

Zərdabda 3 aylıq körpəsini də götürüb ər evindən qaçan 19 yaşlı Hacıyeva Aynaz Elşən qızı tapılaraq “Səni axtarıram” proqramına gətirilib. Turkustan.info xəbər verir ki, Salyanda anasının sevgilisinin evində aşkar edilən Aynaz studiaya tək gəlməyib. 3 aylıq körpəsi ilə efirə çıxan 19 yaşlı gəlini anası Leyla adlı qadın verilişə tək buraxmayıb. […]

Ərdoğanın mühafizəsində iki terrorçu tapıldı

Alman polislər terror təşkilatı olan “NSU”ya tərəfdar olmaqda şübhəli bilinirlər  Almaniyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis haqqında istintaq aparılır. Turkustan.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onlar ifrat sağçı terror təşkilatı olan “NSU”ya tərəfdar olmaqda şübhəli bilinirlər. Həmin iki alman polis […]

Nazir qərar imzaladı – Bu qaydalar dəyişdirildi

Nazirlər Kabineti “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. Turkustan.info xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Dəyişikliyə görə, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 […]

Yolun düşsə, bu dünaya bir də gəl… – XATİRƏ

Tarixi insanlar yazır deyirlər. Lakin hər yazılan tarix gələcək nəsillərə, köklərə də qalmır. Çünki o tarix elə yazılmalıdır ki, bəşər övladı ondan öyrənsin, anlasın və anlatsın. Azərbaycanımızın da tarixinə bir çox şəxsiyyətlər öz imzalarını ataraq, onu qızıl hərflərlə həkk ediblər. Belə şəxsiyyətlərdən biri də bu gün təəssüf ki, həyatda olmayan […]

Elmar Məmmədyarov BMT baş katibi ilə Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.  Turkustan.info bildirir ki, XİN-dən Modern.az-a verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.  A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə […]

39 yaşı var, 38 uşaq dünyaya gətirib

38 yaşlı uqandalı Mariam Nabatantsinin 38 uşağı var. O, Şərqi Afrikanın “ən məhsuldar anası” hesab edilir. Turkustan.info-nun məlumatına görə, Mariam həyat hekayəsini BBC-nin jurnalisti Kassim Kairlə bölüşüb. Mariam 13 yaşında ərə verilib. Xoşbəxt ailə həyatından söhbət belə gedə bilməz. Əri tərəfindən dəfələrlə döyülən Mariam 44 uşaq dünyaya gətirsə də, onlardan […]

Vladimir Putinin Azərbaycan səfəri: NƏTİCƏLƏR

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin nəticələrini şərh edib.  Turkustan.info-nun xəbərinə görə, politoloq Vladimir Putin Azərbaycana sentyabrın 25-də gəlməli idi: “Amma iki gün sonra gəldi. Bundan başqa səfərin 3 gün davam edəcəyi bildirilmişdi. Ancaq Putinin Azərbaycana səfəri bir gündən də az çəkdi. Bu, […]

Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb

“Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır”. Turkustan.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib. Bununla yanaşı nazir BMT tribunasından Azərbaycan ərazilərinin beşdə […]

Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ — TƏHLÜKƏLİDİR! – VİDEO

Zaman zaman enerji içkilərinin insan orqanizmininə zərərli təsiri barədə müxtəlif iddialar ortaya atılır. Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin “hell” içkisindən ölməsi ilə bağlı xəbərlərin yayılması ajiotajı daha da qızışdırıb. Təsadüfi deyil ki, bir çox avropa ölkələri enerji içkilərinin istifadəsinə tam qadağa qoyub. Turkustan.info Xezerxeber-ə istinadən bildirir ki, məsələyə Qida […]

Naməlum kişi onu görənləri şoka saldı — VİDEO

Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib.  Sankt-Peterburqda bir kişi etdiyi hərəkətlə onu görənləri təəccübləndirib. Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, kimliyi bilinməyən şəxs 15 mərtəbəli ev hündürlüyündə kanat üzərində hərəkət edib. Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib. Kişi təhlükəsizlik kəmərindən istifadə edib. Havanın […]

Dünyanın sonu barədə ən yeni məlumatlar üzə çıxıb

Məlumatda deyilir ki, dünyanın sonu bir qədər gec ola bilər, amma ondan tez olması mümkün deyil  Bir müddətdir ki, astroloqlar və ufoloqlar dünyanın sonunun dəqiq vaxtını müəyyən edirlər. Hətta bununla bağlı məşhur alim İsaak Nyiton da məlumatları üzə çıxıb. O, əlyazmalarında bildirib ki, 2060-cı ildə dünyanın sonu gələcək və yeni […]

Uşaqları telefondan uzaq tutmağın yolu – Həkim açıqladı

İndiki uşaqlar fərqlidir və biz bu həqiqətdən qaça bilmərik. İllərdir uşaqlarla işləyən biri kimi müqayisə imkanlarım var. İndiki uşaqlar bütün mənalarda çox fərqlidir. Bu səbəbdən onların diqqətini illər əvvəl çəkilmiş cizgi filmləri ilə çəkmək mümkün deyil. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a pediatr Vaqif Qarayev mobil telefon və planşet aludəçisi olan, […]

Ramil Usubov polis rəisini işdən çıxardı

Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb. Nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb.  Turkustan.info xəbər verir ki, Məlumatı Unikal.org-a Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.

Nazir: Qətər Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Bu günlərdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov ilə bu ölkənin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən və bu sahədə olan mövcud potensialdan bəhs olunub. Səfir yüksək səviyyəli qarşılıqlı səfərlərin və həm ekologiya, həm də […]

Prezident İlham Əliyev ilə Paşinyan arasında razılıq – Birgə qərar

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün […]