Kürəkdə sızanaq əmələ gəlməsinin səbəbləri

Bu gün civzə ən geniş yayılmış dəri problemlərindən biridir. Yetişkənlik dövründə əksəriyyətimiz üzdə və bədənin müxtəlif nahiyələrində sızanaq və cizvə problemi ilə üzləşirik. Lakin bu, bəzi insanlarda yetkinlikdən də sonra da müşahidə oluna bilər.

Əgər sızanaq problemini müalicə etməsəniz, onlardan sonra dəridə çapıqlar və ya tünd ləkələr hələ uzun müddət qala bilər. Bundan başqa, civzələr sadəcə üzdə deyil, həm kürəkdə, həm boyunda, həm yanlarda, həm dekolte sahəsində görünə bilər.

Turkustan.info Publika.az-a istinadən bu yazıda oxucuları ümumi problemin yaranma səbəbləri və bunun qarşısını almaq üsulları ilə tanış edib.

Kürəkdə sızanaq yaranmasının səbəbi

Pis gigiyena nəticəsində follikuların çirklənməsi;

Hormonal disbalans dərinin həddən artıq piy ifrazına gətirib çıxarır;

Pis hava keçirən dar geyimlər;

Aybaşı və hamiləlik zamanı hormonal fonunun dəyişdirilməsi;

Yataq dəstlərinin gec-gec dəyişdirilməsi bakteriyaların çoxalması üçün ideal mühit yaradır. Nəticədə kürəkdə sızanaqlar əmələ gəlir;

Bel çantalarının mütəmadi olaraq dəri ilə təmasa keçməsi də kürəkdə dəri problemlərinə yol açır.

Bəs kürəkdə yaranan sızanaqlardan necə qurtulmaq olar?

Əksər hallarda həyatınızda cüzi dəyişikliklər problemi aradan qaldırmağa kömək edir.

Pilinq

Tərkibində salisil turşusu olan skrab istifadə edin. O, kirləri və artıq piyi effektiv şəkildə təmizləməyək.

Çay ağacı yağı

Bu məhsul bir çox kremlərin, digər kosmetik vasitələrin tərkibinə daxildir və bakteriyalarla çox səmərəli şəkildə mübarizə aparır.

Duş

Hər məşqdən sonra duş qəbul edin. Tər və çirklərin dəridə uzun müddət qalmasına imkan verməyin.

Rahat geyim

Dərini nəfəs almağa qoymayan, məsamələri tər və kirlə doldura dar paltarlardan imtina edin.

Saçlarınızı toplayın

Məşq öncəsi saçları toplayın. Bundan başqa, şampun və ya kondisionerin tərlə birlikdə kürəyinizdən axmasına imkan verməyin.

Düzgün qidalanma

Ağ çörək, düyü və kartof kimi qanda şəkərin səviyyəsini artıran qidalar sızanaq problemini gücləndirə bilər. Daha çox tərəvəz, meyvə və tam taxıl kimi məhsullara üstünlük verin;

Dərini qıcıqlandıran məhsullardan qaçın;

Sızanaqları sıxmayın, çünki bu, onların yayılmasına gətirib çıxara bilər;

Əgər sizdə, dəri problemi varsa, uzun müddət günəş və solyari vannası qəbul etməkdən qaçının.